Bütün xəbərlər
Azərbaycanda hakim koronavirusdan dünyasını dəyişdi
Tarix: 26-06-2020 17:40 | Bölmə: Cəmiyyət

                  Azərbaycanda hakim koronavirusdan dünyasını dəyişdi

Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, 55 yaşlı Məmmədov Namiq Eyyub oğlu müalicə aldığı Astara Mərkəzi Xəstəxanasında koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Namiq Məmmədov 2000 – 2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007 – 2013-cü illərdə Şəki Apelyasiya Məhkəməsinin, 2013-2017-ci ildən Şirvan Apellyasiya Məhkəməsinin, 2017-ci ildən indiyədək isə Bakı Apellyasiya Məhkəməsinin hakimi olub.


Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər