Bütün xəbərlər
Karantin postlarında belə yenilik olmamışdı: 5 saniyəyə... - FOTO
Tarix: 22-06-2020 10:14 | Bölmə: Cəmiyyət


Yol polisi karantin postlarında vətəndaşları xüsusi texnika vasitəsilə yoxlayır.
HİT.Az xəbər verir ki, yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. Bunun üçün sadəcə 3-5 saniyə vaxt tələb olunur. Yeni texnologiya vətəndaşların postlarda daha tez yoxlanılması üçün effektiv nəticədir. Eyni zamanda, polislər vətəndaşın sənədinə əllə toxunmadan yoxlama apara bilirlər.
Qeyd edək ki, köhnə şəxsiyyət vəsiqələrində üz, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir.




Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər