Bütün xəbərlər
Gədəbəyə yağan dolu bır sıra fəsadlar törətdi - Video
Tarix: 21-06-2020 21:40 | Bölmə: Cəmiyyət

                Gədəbəyə yağan dolu bır sıra fəsadlar törətdi


Bu gün saat 17:00 radələrində Gədəbəy rayonuna yağış və dolu yağıb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Soyuqbulaq kəndində təxminən 30 dəqiqə yağan dolu ətrafı ağ örpəyə bürüyüb.
Təbiət hadisəsi zamanı təxminən 100 hektar kartof sahəsi, arpa və meyvə ağaclarına ziyan dəyib. Fərdi evlər isə doludan elə də ziyan görməyib. 
Qeyd edək ki, bu gün saat 17:00 radələrindən Qərb bölgəsində küləklə müşahidə edilən yağıntılı hava şəraiti hökm sürür.

            


Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər