22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Qusarda ağac kəsən şəxs cəzalandırıldı
Tarix: 20-06-2020 20:23 | Bölmə: Cəmiyyət

               Qusarda ağac kəsən şəxs cəzalandırıldı


Qusar rayonu Qalacıq kəndinin yaxınlığında ağacların kəsilməsi ilə bağlı ETSN-yə daxil olan şikayət əsasında aparılan araşdırma yekunlaşıb. 
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, bir müddət əvvəl sözügedən ərazidə ağac kəsintisi faktı müəyyən edilmiş və təqsirkarın aşkar olunması üçün hüquq -mühafizə orqanlarına müraciət edilmişdi. 
“Aparılan araşdırma zamanı məlum olub ki, Qalacıq kəndinə bitişik meşə fondunun açıq sahəsində aqrobağların salındığı sahə ilə  həmsərhəd olan bələdiyyə torpağında ağaclar Qusar rayon sakini Məhəmməd Tahirov tərəfindən kəsilib. Faktla bağlı təqsirkar şəxsin  məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. 
Daxil olan məlumatla bağlı vaxtında tədbir görmədiyinə  görə, Regional Ekologiya İdarəsinin rəhbərliyi barəsində intizam tənbehi tədbiri görülüb”.
Xidmət rəisinin sözlərinə görə, eyni zamanda, sosial şəbəkədə Qalacıq kəndinin Bəbirqala adlanan sahəsində ağacların kəsiləcəyi ilə bağlı yayılan məlumat da araşdırılıb.  
"Sözügedən ərazidə ağac kəsintisinin olmadığı məlum olub və gələcəkdə hər hansı fəaliyyətin həyata keçiriləcəyi barədə deyilənlər təsdiqini tapmayıb." 


Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər