23:37 / 13-06-2025
İnternetdə İranın İsrailə endirdiyi zərbənin görüntüləri yayılıb
23:34 / 13-06-2025
Şaxtada baş verən tüstü səbəbindən 250 nəfər təxliyə edilib
22:12 / 13-06-2025
Putin İsrailin baş naziri Netanyahu ilə telefon danışığı aparıb
22:05 / 13-06-2025
Polşa Rusiyanın "İl-20" təyyarəsini Baltik dənizi üzərində ələ keçirdiyini açıqlayıb
22:01 / 13-06-2025
NYT: İranda Qüds Qüvvələrinin rəisi İsmayıl Qaani öldürülüb
21:39 / 13-06-2025
İran Xarici İşlər Nazirliyi ABŞ-ın İsrailin zərbələrini dəstəkləməsinə etiraz edib
21:30 / 13-06-2025
MAQATE: Natanz obyektində radioaktiv çirklənmə aşkar edilib
21:19 / 13-06-2025
İsrailin İrana zərbələrindən sonra Tramp regional müharibədən narahat deyil
21:14 / 13-06-2025
İran şəhərlərindən birində məscidin üzərində “intiqam bayrağı” qaldırılıb
21:08 / 13-06-2025
Türkiyə İrana hücumla bağlı təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib
20:43 / 13-06-2025
Hindistan sakini təyyarə qəzasında 4 ailə üzvünü itirdiyini bildirib
10:18 / 13-06-2025
ABŞ rusiyalı alim Kseniya Petrovanı zaminə buraxıb
10:13 / 13-06-2025
"RG": Məşhur bayker və xeyriyyəçi Angel qəzada öldü
10:01 / 13-06-2025
IDF: İran İsrailə 100-dən çox pilotsuz təyyarə göndərib
09:58 / 13-06-2025
İsrail İrana zərbə endirmək üçün 200 təyyarə yerləşdirib, 330 bomba atıb
09:53 / 13-06-2025
"Rusiya 24": İranın İsrailə cavabının miqyası böyük ola bilər
09:49 / 13-06-2025
"Flightradar24": Netanyahunun təyyarəsi İranın gözlənilən hücumu səbəbilə qəzaya uğradı
09:45 / 13-06-2025
Tramp İranın nüvə danışıqları masasına qayıdacağına ümid edir
09:41 / 13-06-2025
Tramp İsrailin İrandakı hədəflərə endirdiyi zərbələr barədə əvvəlcədən bildiyini bildirib
09:37 / 13-06-2025
Hindistan təyyarəsinin qəzasından sağ çıxan tək adam: "Ətrafımda cəsədlər var idi"
23:57 / 12-06-2025
Heqset Rusiyaya qarşı kiber əməliyyatların dayandırılması ilə bağlı əmr vermədiyini bildirib
23:54 / 12-06-2025
SABC: Cənubi Afrikada daşqın nəticəsində ölənlərin sayı 78-ə çatıb
23:51 / 12-06-2025
Dövlət Departamenti Yaxın Şərq və Şimali Afrika üçün təhlükə barədə xəbərdarlıq edib
23:47 / 12-06-2025
Sosial şəbəkələrdə nasist simvollarını yerləşdirən yeniyetmə yaxalanıb
23:32 / 12-06-2025
Almaniyanın xarici işlər naziri Vadeful: "Lavrovla birbaşa dialoq üçün heç bir səbəb görmürəm"
23:24 / 12-06-2025
Polis məmurunun barmaqlarını sındıran tacik qadın həbs edilib
23:14 / 12-06-2025
Hindistanda təyyarənin qəzaya uğradığı yerdən qara qutu tapılıb
22:51 / 12-06-2025
Xilasedicilər Əhmədabadda təyyarənin qəzaya uğradığı ərazidən 265 cəsəd çıxarıblar
22:45 / 12-06-2025
Kaliforniya qubernatoru Trampı kreslo tənqidçisi adlandırıb
22:41 / 12-06-2025
"Axios": ABŞ İsrailin hava hücumundan müdafiə vasitələrinin İranın zərbələrə cavabına tab gətirə bilməyəcəyindən qorxur
22:35 / 12-06-2025
Meşədə itən nənə və iki nəvə helikopterin köməyi ilə tapılıb
22:30 / 12-06-2025
Hindistanda "Boeing" qəzasından sağ çıxanın görüntüləri yayılıb
16:09 / 12-06-2025
Qurtuluşdan Quruculuğa-Nəbi Ağayev
10:13 / 12-06-2025
"Scarface" filminin ulduzu Harris Yulin ABŞ-da vəfat edib
10:06 / 12-06-2025
Duman səbəbindən dörd reys gecikib
Könüllülük ümummilli hərəkata çevrilib - Vüqar Rəhimzadə
Tarix: 15-05-2020 23:17 | Bölmə: Cəmiyyət
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır
Dövlətimizin başçısı İlham Əliyev daim bəyan edir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatları aparmaqla ölkəmiz güclənir və gələcək dayanıqlı inkişafı təmin edilir. Tərəqqi islahatlarsız mümkün deyil. Bu inkişaf, tərəqqi, islahatlar ölkəmizin bütün sferalarını əhatə edir. Bunu şərtləndirən amil təbii ki, dövlətimizin başçısı tərəfindən dövrün, zamanın tələblərinə uyğun qarşıya yeni-yeni vəzifələrin qoyulmasıdır. Bütün dövr üçün öz aktuallığını qoruyan, dəyişməyən tezis isə Azərbaycanın gələcəyinin gənclərə məxsus olmasıdır. Çünki hər bir dövlətin gələcəyi yetişməkdə olan gənclərdən, onların fiziki və mənəvi sağamlığından, xalqına, Vətəninə bağlılığından, dövlət maraqlarını hər şeydən üstün tutmasından asılıdır.
Gənclərin potensial imkanlarının ortaya qoyulmasına, ictimai-siyasi fəallıqlarının artırılmasına, dövlət idarəçiliyində irəli çəkilmələrinə geniş imkanlar açan Dövlət proqramları icra edilir, müxtəlif layihələr həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə diqqəti özünü 2007-ci ili “Gənclər ili”, 2020-ci ili isə “Könüllülər ili” elan etməsində daha qabarıq şəkildə göstərir. Ölkəmizdə könüllülük hərəkatının geniş vüsət alması gənclərin malik olduqları potensial imkanlarından daha səmərəli istifadə etmələrini şərtləndirir. Məhz bu amillər əsas götürülərək pandemiyanın bütün dünyanı cənginə aldığı bugünkü şəraitdə ölkəmizdə könüllülük əlillərə, kimsəsizlərə, aztəminatlı ailələrə, qocalara, qaçqın və məcburi köçkünlərə, ehtiyacı olan digər kateqoriyadan olan vətəndaşlara kömək edilməsi, insanpərvərliyin, mərhəmətin, bir sözlə, xalqımıza xas olan keyfiyyətlərin təbliği, hüquqi və mədəni maarifləndirmə, sağlam həyat tərzinin təbliği kimi istiqamətlər üzrə həyata keçirilir. Bu gün hansı sahəyə diqqət yetirsək könüllülərin fəaliyyətini görərik. Məhz bu fəaliyyəti nəzərə alaraq, eyni zamanda, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildi. Sənəddə də qeyd olunduğu kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Artıq Azərbaycanda könüllülük bir çox fəaliyyət sferalarına nüfuz etməklə ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsini, ictimai həyatın müxtəlif sahələrini, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, dövlətə xeyir gətirir. Bu, gənclərimizin istedadını, biliklərini aşkara çıxarmaqla yanaşı, kadr hazırlığı üçün də çox önəmlidir. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alır, bilikli kadrlar kimi onlara inam artır, onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Bir sözlə, bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurlarının təminatçısıdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Ölkəmizdə “Evrovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərimizin rolu inkaredilməzdir.
Bu gün də, yəni, dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda könüllülərin fəallığı diqqətdən kənarda qalmır. Pandemiyanın insanların sağlamlığına, hər bir ölkənin iqtisadiyyatına böyük zərbələr vurduğu göz önündədir. Bu bəla öncə hər kəsdən birlik, həmrəylik çağırışlarına dəstək olmağı tələb etdi. Buna görə də özünütəcrid qaydaları daha da aktuallaşdı, evdə qalıb sağlamlığımıza, böyüklərimizə, ətrafımızdakı insanlara, döğmalarımıza dəstək olmaq günümüzün əsas tələbinə çevrildi. Tətbiq olunan karantin qaydalarında böyüklərimizə hörmətdən irəli gələn yaşı 65-dən yuxarı vətəndaşların evdə olmasına duyulan ehtiyac da könüllülərimizin fəaliyyətinə işıq saldı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yanaşı, könüllülərimiz də yaşı 65-dən yuxarı olan tənha yaşlılara kömək olmağı, onlara sosial xidmət göstərməyi, qayğılarını çəkməyi özlərinin vətəndaşlıq borcu hesab edərək bu missiyanı yerinə yetirməkdən xoş əhval- ruhiyyə duyurlar. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, bu kateqoriyadan olan insanlara lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Həmin qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək səviyyədə olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür. “Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir” söyləyən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əminliyi də ifadə edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.
Koronavirus xəstələrinin müalicəsində də könüllülərin əməyi danılmazdır və dövlət tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» Sərəncamı deyilənlərin bariz nümunəsidir. Həmin sənədə əsasən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə» Qərarında onlara 2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu. Möhtərəm Prezidentimizin fikirlərinə istinad etsək, onların əsas motivasiyası bu, deyil. Əsas odur ki, hər kəs öz borcunu yerinə yetirmək istəyir.
Bir əsas məqamı da qeyd etməliyəm ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi bu qısa müddətdə fəaliyyət istiqamətini genişləndirməklə davamlı uğurlara öz töhfəsini vermişdir. Ətrafında birləşdirdiyi “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, "BİR Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü Gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, habelə “Gənc Könüllülər” Hərəkatı və sair təşkilatların, hərəkatların təmsilçiləri ölkəmizdə koronavirus infeksiyasının yayılması ilə mübarizə sahəsində dövlətimiz tərəfindən atılmış qabaqlayıcı və preventiv xarakterli təcrid addımlarını yüksək qiymətləndirərək, bütün dünyanı bürümüş bu bəla ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, dövlət başçısının qeyd etdiyi kimi, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu, bunu əməli müstəvidə nümayiş etdirmək məqsədilə könüllü təşkilatlarının da bu prosesdə aktiv iştirak etmələrinin vacibliyini vurğulamışdılar. Mərkəz məqsəd və məramına uyğun olaraq sosial mediada genişmiqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, ictimaiyyəti görülən işlər, həmçinin pandemiyanın yaratdığı fəsadlarla bağlı məlumatlandırır, günümüzün əsas tələblərinə çevrilən şəxsi gigiyena və sosial təcrid qaydalarına düzgün riayət olunmasının vacibliyini aşılayır, bununla əlaqədar müxtəlif virtual aksiya və fləşmoblar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsi işində iştirak edir. Mərkəzin ətrafında birləşən hər bir təşkilat, hərəkat bu əminliyi ifadə edir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə könüllülərin qarşısında geniş imkan açan 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında könüllülərin təşəbbüskarlığının, enerjisi və bacarıqlarının səfərbər olunmasına dövlət tərəfindən görülən işlərin faydalılığının artırılmasına müsbət təsir edəcək. Bu arzu və istəklə fəaliyyətə başlayan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi adında ehtiva etdiyi missiyaya uyğun olaraq könüllü təşkilatlar və hərəkatlar arasında əlaqələndirməni yüksək səviyyədə həyata keçirməklə yerlərdə əhalinin həssas qrupları haqqında vacib məlumatların toplanmasına, onlara zəruri sosial xidmətlərin göstərilməsinin dəstəklənməsinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının qərar və tövsiyələri ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işinin həyata keçirilməsinə, həmçinin könüllü təşkilatlarının fəaliyyəti ilə müvafiq dövlət qurumlarının işinin əlaqələndirilməsinə və sair kimi məsələlələrə öz dəstəyini göstərməyə səy göstərir. Bir əsas məqamı da nəzərə alaq ki, Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Təbii ki, uğurlu başlanğıc, eyni zamanda, məqsəd növbəti addımların, nəticələrin aydın mənzərəsini yaradır. Qısa müddətdə Mərkəzin gördüyü işlərin statistikasına nəzər salsaq qarşıya qoyulan məqsədə nail olunacağına böyük əsaslar yarandığını açıq-aşkar görərik. Belə ki, paytaxt və regionlarda “Böyüklərimizi qoruyaq!” devizi altında tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin qonağı olan, onlara zəruri tələbat məhsullarından ibarət bağlamaları çatdıran, 28 şəhər və rayonu əhatə edən minə yaxın könüllülərimiz 6254 ailəyə sevinc bəxş etmiş, onlara dəstək olmuşdur. Həmçinin “Könüllü qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər xüsusi elanlar vasitəsilə ehtiyacı olanlar barədə məlumatın əldə olunmasına şərait yaratmışlar. Bir zəng əsasında ehtiyacı olanların köməyinə çatan könüllülərimiz vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. Həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü donor” aksiyasına start vermişdir. Bu nəcib aksiyada da könüllülərimiz fəal iştirak edirlər.
Bu məqamı da xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması kimi gözəl xüsusiyyətlərini önə çəkərək irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulmasını bu nəcib keyfiyyətəlrimizə bariz nümunə kimi qeyd etmişdir. Mehriban xanım Əliyeva belə bir arzunu ifadə etmişdir: “Qoy, xoş əməllərin sayı artsın. Uca Tanrı sizi qorusun!”
Möhtərəm Prezidentimiz İlham Əliyevin pandemiyaya qarşı həyata keçirdiyi mübarizə tədbirləri ilə bağlı ölkə vətəndaşları tərəfindən dövlətimizin başçısına ünvanlanan minnətdarlıq və təşəkkür məktublarında da könüllülərimizin bu fikirlərinə rast gəlirik: “Cənab Prezident, biz gənclər daim Sizin siyasətinizi və islahatlarınızı dəstəkləyirik və daim yanınızdayıq. Ölkəmizdə könüllülük yeni mərhələyə qədəm qoyub və böyük potensiala malikdir. Gənclərimiz Sizin diqqət və qayğınız, yaratdığınız şərait əsasında bu potensial imkanlardan daha səmərəli istifadə edərək günbəgün güclənən, qüdrətlənən dövlətimizin yeni-yeni hədəflərə nail olmasına öz töhfəsini verməyə səy göstərirlər.”
Göründüyü kimi, ölkə vətəndaşları arasında dövlətimizin həyata keçirdiyi siyasətə dəstək, Azərbaycan Pespublikasının möhtərəm Prezidentinə inam və etimad yüksək səviyyədədir. Şübhəsiz, bu yüksək inam və etimad, dövlət-vətəndaş birliyinin möhkəmliyi fonunda pandemiyaya qarşı mübarizədən də uğurla çıxacağıq. Eyni zamanda, yeni iqtisadi və sosial inkişaf modeli əsasında Azərbaycanın davamlı inkişafı təmin ediləcək, bütün sferaları əhatə edən islahatlar yeni-yeni hədəflərin gerçəkləşməsini şərtləndirəcəkdir. Bir sözlə, hər zaman olduğu kimi, pandemiya dövründə də dünyanı birləşdirən Azərbaycan ən yüksək zirvələri fəth edəcək.
Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin Baş redaktoru, siyasi elmlər doktoru
Baxış sayı: 620
Bölməyə aid digər xəbərlər

11-06-2025, 21:13
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
8-06-2025, 15:29
Gənc qadın üç saat təcili yardım gözlədikdən sonra ölüb
6-06-2025, 13:35
"Liza Alert" dəstəsinin könüllüsü keçmiş qısqanc ərinin əli ilə öldü
4-06-2025, 06:45
Sərxoş vəziyyətdə dava zamanı qadını 17 bıçaq xəsarəti ilə öldürüb
1-06-2025, 13:49
Damdan atəş açan şəxs xəstəxanada ölüb
26-05-2025, 10:22
İstintaq Komitəsi: Yeniyetmə qız həmyaşıdları tərəfindən zorla diz çökdürülüb və üzr istəməyə məcbur edilib
26-05-2025, 10:15
Narkotiklə mübarizə adı altında cinayətkar qrup insanlara hücum edir
25-05-2025, 18:36
Kişi tanışını boyun nahiyəsindən bıçaqlayıb
24-05-2025, 09:27
Məhbus svastika döyməsi ilə çılpaq ayaqlarına görə cərimə ödəyəcək
23-05-2025, 22:24
Məhkəmə qızının qətlini sifariş edən sakini həbs edib
19-05-2025, 12:15
Parkda baş verən kütləvi dava ilə bağlı cinayət işi açılıb
19-05-2025, 12:09
Gənc oğlan tanışını qətlə yetirməkdə təqsirli bilinib
16-05-2025, 08:48
Onunla birgə yaşadığını sərxoş edib və bıçaqlayaraq öldürüb
13-05-2025, 23:40
Pəncərədən yıxılaraq, kondisionerin üzərinə düşərək sağ qalıb
13-05-2025, 17:29
Qarajda iki uşaq və onların anasının meyiti tapılıb
12-05-2025, 22:35
Cəsədi hasarın üstündə tapılan qız öldürülməyib
11-05-2025, 23:56
Bir nəfəri döyərək kəsən 3 xuliqan saxlanılıb
10-05-2025, 21:08
Tanışını öldürməkdə şübhəli bilinən şəxs həbs edilib
10-05-2025, 20:59
Polis bir kişinin üstünə cuman itlərin sahiblərini müəyyən edib
9-05-2025, 20:36
Qadınlar 80 yaşlı təqaüdçünü və qızını döyüblər, cinayət işi açılıb
9-05-2025, 12:10
17 yaşlı motosikletçinin ölümündə təqsirləndirilən şəxs saxlanılıb
3-05-2025, 17:06
Fırıldaqçılara işləməkdə şübhəli bilinən şəxsi saxlayıblar
1-05-2025, 16:03
Əri üçün qatil tutmuş qadın həbs edilib
29-04-2025, 11:44
3 kişi 18 yaşlı əlil qızı zorlayıb
27-04-2025, 11:13
Bar ziyarətçisi içəri buraxılmadıqdan sonra atəş açıb
25-04-2025, 10:31
2,5 milyon rubl oğurlamaq üçün özünə qarşı soyğunçuluq edib
24-04-2025, 09:49
5 il əvvəl bir yaşlı oğlunu qətlə yetirən valideynlər saxlanılıb
23-04-2025, 22:53
Stadionda davada yeniyetmə mədəsindən bıçaqlanıb
23-04-2025, 21:27
3 yaşlı qızını döyərək öldürən həbs edilib
21-04-2025, 20:40
55 milyon cərimə: Fermer necə ailə qisasının qurbanı oldu
20-04-2025, 21:47
Polis dağılmış "Priora"da öldürülən 3 nəfərin şəxsiyyətini müəyyən edib
20-04-2025, 19:36
Hamilə qadın rəqibini vəhşicəsinə döyərək burnunu sındırıb
19-04-2025, 23:07
Bahalı iPhone oğurlamaqda ittiham olunan qaraçı dəstəsi həbs edilib
19-04-2025, 21:46
Buzdan yıxılan uşağın meyiti tapılıb
19-04-2025, 21:05
Fəhləsini öldürərək cəsədi dərədə gizlədib
17-04-2025, 15:37
Güllələnənlərdən birinin arvadı ölüb
16-04-2025, 23:59
Uşaq şkafın üstünə düşməsi nəticəsində ölüb
15-04-2025, 14:15
Məktəbli ögey atası ilə dava edib və evdən qaçıb
14-04-2025, 22:39
Torpaq sahəsinə görə atışma zamanı keçmiş məmurun oğlu həlak olub
14-04-2025, 22:15
Yeniyetmələr məktəbli qızı döyərək diz çökdürüblər
11-04-2025, 19:31
Həmyaşıdını döyüb zorlayan üç məktəbli həbs edilib
9-04-2025, 20:49
Məktəblini bıçaqlayaraq öldürən yeniyetmə özünə qəsdə cəhd edib
9-04-2025, 11:10
Yaşayış binasının uçması nəticəsində 2 uşaq ölüb
7-04-2025, 21:58
Dörd qadın tanışını döyərək öldürüb
6-04-2025, 23:47
Öz nəvəsini qətlə yetirməkdə ittiham olunur