Bütün xəbərlər
Jurnalist Vəli Səmədlinin 55 yaşı tamam oldu-TƏBRİK EDİRİK!
Tarix: 06-05-2020 22:23 | Bölmə: Cəmiyyət


Bu gün Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın təcrübəli və peşəkar jurnalistlərindən biri olan Vəli Səmədlinin doğum günüdür. Onun 55 yaşı tamam olur. Buna yubiley yaş da, qızıl yaş da demək olar.
Ordubad rayonunun Tivi kəndində anadan olan Vəli Səmədlinin ilk qələm təcrübələri, ilk yazıları  hələ Universitetin filologiya fakültəsində oxuduğu tələbəlik illərindən "İlham" mədəniyyət qəzetində işıq üzü görüb. O, silsilə xəbərlərə, məqalələrlə, reportajlarla həmin qəzetin səhifələrində çıxış edib. Sonralar Vəli Səmədlinin geniş diapazonlu yaradıcılığı  Azərbaycanın dövri mətbuatına yol tapdı. Bir çox qəzet və jurnallarda onun yazıları nəşr olundu. Bu gün o, Azərbaycan mətbuatında müntəzəm olaraq müxtəlif mövzulu yazılarla çıxış edir. Əqidəsinə, savadına, tərbiyəsinə, əxlaqına görə də böyük hörmət sahibidir.
Hazırda Vəli müəllim "Ekologiya və sağlamlıq" qəzetində çalışır. O, insanları da təbiət kimi sağlam görmək istəyir. Onun yazıları Azərbaycan oxucuları tərəfindən rəğbətlə qarşılanır.
Bu yubiley ilində əziz dostumuza, qələm yoldaşımıza, sirdaşımıza, can sağlığı, yaradıcılıq nailiyyətləri  arzulayırıq. Qoy həmişəki kimi qələmi iti və kəsərli olsun!

Sabaha-inamla.Az


Baxış sayı: 554


Bölməyə aid digər xəbərlər