Bütün xəbərlər
Məşhur məmur ailəsinin üzvünə MM-də yüksək vəzifə verildi
Tarix: 03-05-2020 00:53 | Bölmə: Cəmiyyət

      Məşhur məmur ailəsinin üzvünə MM-də yüksək vəzifə verildi

Milli Məclisdə (MM) struktur islahatları çərçivəsində yeni Yerli icra hakimiyyətləri ilə iş şöbəsi yaradılıb.
“BakuPost”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Rüstəm Mahmudov yeni şöbənin müdiri təyin edilib.

             

R.Mahmudov buna qədər MM Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub
Yeni şöbə müdiri Baş Prokurorluğun Kadrlar İdarəsinin sabiq rəisi Bəhruz Mahmudovun (indi pensiyadadır) oğludur. Qardaşı Rəşid Mahmudov Baş Prokurorluğun Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışır, Üçüncü dərəcəli Ədliyyə müşaviridir.

Babası Rəşid Mahmudov isə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1988-1991-ci illərdə isə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri olub.



Baxış sayı: 813


Bölməyə aid digər xəbərlər