Bütün xəbərlər
NAZİRLİK DİREKTORU CƏRİMƏLƏDİ
Tarix: 16-04-2020 17:05 | Bölmə: Cəmiyyət

         Nazirlik direktoru cərimələdi

Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində 30 ağac tingini kəsən park direktoru külli miqdarda cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən parka keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 ağac tinginin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.
Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5000 manat məbləğində cərimə olunub.
Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna “məcburi göstəriş” verilib.




Baxış sayı: 471


Bölməyə aid digər xəbərlər