Bütün xəbərlər
Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı - FOTOLAR
Tarix: 31-03-2020 01:00 | Bölmə: Cəmiyyət


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəxsən özü bu gün şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.
Qeyd edək ki, Sumqayıt şəhərində Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.
Yaradılmış komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.
Sumqayitxeber.com
      
 



Baxış sayı: 582


Bölməyə aid digər xəbərlər