18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
Tarix: 15-11-2017 21:42 | Bölmə: Yazarlar
Bir insan bütün ömrü boyu orta hesabla 25 min litr tüpürcək ifraz edir. Bu isə 2 hovuzu doldurmağa yetər. Deyirəm, birdəfəlik tüpürmək mümkün olsaydı, 2 hovuzluq tüpürüləsi adamı yığıb, qəşəngcə çimizdirərdik… Zarafat 2 yana, söhbət çox ciddidir…
Adam var, üzə tüpürür, adam var, sözə, adam da var, hər ikisinə. Üz müvəqqətidir, söz əbədi. İnsan sözdən dəyərsizdir… Adam da var, bir üzünə tüpürürsən, o birini çevirir. Bəziləri isə “Titanik”in okeana tüpürən qəhrəmanları kimi kimin daha uzağa tüpürməsi yarışını keçirirlər. Adam da var, küçədə tüpürə-tüpürə gəzir, şüursuzcasına tüpürür və xəstəlik yayır. Yeri gəldi, yeri getməmiş qoy bir haşiyəyə çıxım.Tüpürcək və ya ağız suyu - tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı mayedir. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzlərindən ifraz edilir. Nə isə...
Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dəfələrlə yerə saqqız atanlara və tüpürənlərə xəbərdarlıq edib. O, “Son dəfə xəbərdarlıq edirəm, bu insanlar cəzalandırılacaq”,- deyib və bu ölkədə saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən və əl-qol hərəkətləriylə ətrafdakıları narahat edənlərə 3 gün həbs və pul cəzası verilməsini təklif edib.
Eyni cəza metodları Sinqapurda da keçərlidir. Bu ölkədə də liftdən ayaqyolu kimi istifadə edən, ictimai yerdə saqqız çeynəyən, onu yerə atan, habelə yerə tüpürən şəxslər cəzalandırılır. Bu cəzanın məbləği, təxminən 50 dollara yaxındır.
Türkiyədə isə yerə tüpürmək inzibati cəza sayılır və buna görə insanlar milli valyuta ilə desək, 25 manat məbləğində cəzalandırılır.
Avstriyada xüsusi tüpürcək qutuları var – eynən zibil qutuları kimi. İnsanlar hər 50 metrdən bir bu qutularla qarşılaşır. Tüpürməyə ehtiyacı olan insanlar həmin qutudan istifadə edir.
Osmanlı tarixində ağac və kol diblərinə tüpürmək tövsiyyə edilirdi. Bəzi sivilizasiyaların tarixində isə tüpürmək üçün otaqlarda xüsusi qab olurdu. Keçmiş rus tarixində, obalarda yaşayanlar əl yuduqları qabın içinə tüpürürdülər və sonra onunla əllərini yuyurdular. Padşahların və xanların tüpürmələri üçün xüsusi qabları var idi, hətta bu qablar qızıldan, gümüşdən hazırlanırdı. Tarixdə hansısa padşaha qızıl tüpürcək qabı hədiyyə edilməsi faktına da rast gəlinir.
Məsələnin görünən tərəfləri ilə yanaşı, görünməyən, amma həkimlər tərəfindən təhlil olunan tərəfləri də var. Mütəxəssislər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində, təxminən, 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob mövcuddur. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Bahooo. Haşiyə yazıdan böyük oldu ki…Yeri getsə də, indi də haşiyəni qoyub yazıya çıxım.
Bilirəm ki, yazını oxuyub sözümə və özümə tüpürmək istəyənlər olacaq. Amma onlara balaca bir xatırlatma-Dahi Viktor Hüqo bir gün sərxoş halda evinə gələrkən böyrəkləri dözmür və evinə çatmamış divarın dibinə... Bu zaman arxadan bir nəfər onun üstünə qışqırır: “Ay eşşək, sən bilirsən, bura haradır? Bura Viktor Hüqonun evinin divarıdır...” Sonralar dahi yazıçı verdiyi müsahibələrin birində bu cümləni ömründə eşitdiyi ən gözəl kompliment adlandırmışdı. Nə isə...
Vaxtilə, qəbul edilsin deyə Tolstoyun adından oxucuya “sırıdığım” bir sözüm yadıma düşdü: “Belə getsə, sırtıq yanaqlar qızmış ütü kimi tüpürcək götürməyəcək”. Yazdım-yazdım, ortaya bir şey çıxmadı, kələfin ucunu itirdim. Keçdim sitatlara. Bəzən sitat fikri qüvvətləndirmək vasitəsi sayılır, bəzənsə acizlik. Hansından hesab edirsiniz-edin, məndən demək:
“...Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin, tüpürmək üçün…” Bunu Salam Sarvan deyib. Ramiz Rövşən isə “...Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..”,-deyir.
Bəs mən nə deyirəm, ay ellər?!. Mən tamam başqa şey deyirəm. Deyirəm, indi elə üzlər var ki, tüpürürsən, tüpürcəyin bumeranq kimi özünə qayıdır, elə bilirsən ki, o sənin üzünə tüpürüb. Üzünə tüpürülən qızarmır(hətta bozarır), üzə tüpürən qızarır...
Yadımdan çıxmamış bir şeyi də deyim-Mən xalq hikmətində bir şeyi başa düşmürəm: dabanına tüpürüb qaçmaq. Bu nə deməkdir, ümumiyyətlə? İmkanınız olanda bir sınayın, nəticəsini mənə də deyin ki, dabanıma tüpürüb qaçmayım.
Mətləb...Verdiyi sözə tüpürən insan var, ərinin qeyrətinə tüpürən qadın var, arvadının sevgilisinin üzünə tüpürə bilməyən kişi var, ailəsinə tüpürüb intihar edən övlad var, diplomuna tüpürüb fəhləlik edən var, gördüyü işin içinə tüpürən bərbər var(bunu qafiyə üçün dedim), şəxsiyyətinə, vicdanına, haqq-ədalətə tüpürənlər var...bunlar hər biri ayrı mövzudur, xatırlatmaqda isə məqsədim var. Gəlinunutmayaq ki, sözə tüpürmək üçün BAŞ, üzə tüpürmək üçün ... lazımdır!
Əgər kiminsə üzünə, ya da sözünə tüpürmək istəyirsinizsə, yaxud əksinə, sizə tüpürmək istəyən varsa, bu hadisə baş verməzdən qabaq tüpürcəyin tərkibindəki bəzi maddələri yada salın: Su-994q/l, zülal-1,4-6,4 q/l, selik-0,9-6,0 q/l, sidik turşusu-0,005-0,030 q/l, sidik cövhəri 140-750 mmol/1 və s.
Məndən sizə bir dənə də MƏMMƏDQULU-sözə də tüpürməyin, üzə də. Yerə tüpürmək üçün isə xüsusi qutular var. Əgər buna da əməl eləməyəcəksinizsə, onda ifadəmə görə bağışlayın, tüpürüm bu yazıya...
Namiq Həsənov
Baxış sayı: 6 552
Bölməyə aid digər xəbərlər
Tarix: 15-11-2017 21:42 | Bölmə: Yazarlar
Bir insan bütün ömrü boyu orta hesabla 25 min litr tüpürcək ifraz edir. Bu isə 2 hovuzu doldurmağa yetər. Deyirəm, birdəfəlik tüpürmək mümkün olsaydı, 2 hovuzluq tüpürüləsi adamı yığıb, qəşəngcə çimizdirərdik… Zarafat 2 yana, söhbət çox ciddidir… Adam var, üzə tüpürür, adam var, sözə, adam da var, hər ikisinə. Üz müvəqqətidir, söz əbədi. İnsan sözdən dəyərsizdir… Adam da var, bir üzünə tüpürürsən, o birini çevirir. Bəziləri isə “Titanik”in okeana tüpürən qəhrəmanları kimi kimin daha uzağa tüpürməsi yarışını keçirirlər. Adam da var, küçədə tüpürə-tüpürə gəzir, şüursuzcasına tüpürür və xəstəlik yayır. Yeri gəldi, yeri getməmiş qoy bir haşiyəyə çıxım.Tüpürcək və ya ağız suyu - tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı mayedir. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzlərindən ifraz edilir. Nə isə...
Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev dəfələrlə yerə saqqız atanlara və tüpürənlərə xəbərdarlıq edib. O, “Son dəfə xəbərdarlıq edirəm, bu insanlar cəzalandırılacaq”,- deyib və bu ölkədə saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən və əl-qol hərəkətləriylə ətrafdakıları narahat edənlərə 3 gün həbs və pul cəzası verilməsini təklif edib.
Eyni cəza metodları Sinqapurda da keçərlidir. Bu ölkədə də liftdən ayaqyolu kimi istifadə edən, ictimai yerdə saqqız çeynəyən, onu yerə atan, habelə yerə tüpürən şəxslər cəzalandırılır. Bu cəzanın məbləği, təxminən 50 dollara yaxındır.
Türkiyədə isə yerə tüpürmək inzibati cəza sayılır və buna görə insanlar milli valyuta ilə desək, 25 manat məbləğində cəzalandırılır.
Avstriyada xüsusi tüpürcək qutuları var – eynən zibil qutuları kimi. İnsanlar hər 50 metrdən bir bu qutularla qarşılaşır. Tüpürməyə ehtiyacı olan insanlar həmin qutudan istifadə edir.
Osmanlı tarixində ağac və kol diblərinə tüpürmək tövsiyyə edilirdi. Bəzi sivilizasiyaların tarixində isə tüpürmək üçün otaqlarda xüsusi qab olurdu. Keçmiş rus tarixində, obalarda yaşayanlar əl yuduqları qabın içinə tüpürürdülər və sonra onunla əllərini yuyurdular. Padşahların və xanların tüpürmələri üçün xüsusi qabları var idi, hətta bu qablar qızıldan, gümüşdən hazırlanırdı. Tarixdə hansısa padşaha qızıl tüpürcək qabı hədiyyə edilməsi faktına da rast gəlinir.
Məsələnin görünən tərəfləri ilə yanaşı, görünməyən, amma həkimlər tərəfindən təhlil olunan tərəfləri də var. Mütəxəssislər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində, təxminən, 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob mövcuddur. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Bahooo. Haşiyə yazıdan böyük oldu ki…Yeri getsə də, indi də haşiyəni qoyub yazıya çıxım.
Bilirəm ki, yazını oxuyub sözümə və özümə tüpürmək istəyənlər olacaq. Amma onlara balaca bir xatırlatma-Dahi Viktor Hüqo bir gün sərxoş halda evinə gələrkən böyrəkləri dözmür və evinə çatmamış divarın dibinə... Bu zaman arxadan bir nəfər onun üstünə qışqırır: “Ay eşşək, sən bilirsən, bura haradır? Bura Viktor Hüqonun evinin divarıdır...” Sonralar dahi yazıçı verdiyi müsahibələrin birində bu cümləni ömründə eşitdiyi ən gözəl kompliment adlandırmışdı. Nə isə...
Vaxtilə, qəbul edilsin deyə Tolstoyun adından oxucuya “sırıdığım” bir sözüm yadıma düşdü: “Belə getsə, sırtıq yanaqlar qızmış ütü kimi tüpürcək götürməyəcək”. Yazdım-yazdım, ortaya bir şey çıxmadı, kələfin ucunu itirdim. Keçdim sitatlara. Bəzən sitat fikri qüvvətləndirmək vasitəsi sayılır, bəzənsə acizlik. Hansından hesab edirsiniz-edin, məndən demək:
“...Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin, tüpürmək üçün…” Bunu Salam Sarvan deyib. Ramiz Rövşən isə “...Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..”,-deyir.
Bəs mən nə deyirəm, ay ellər?!. Mən tamam başqa şey deyirəm. Deyirəm, indi elə üzlər var ki, tüpürürsən, tüpürcəyin bumeranq kimi özünə qayıdır, elə bilirsən ki, o sənin üzünə tüpürüb. Üzünə tüpürülən qızarmır(hətta bozarır), üzə tüpürən qızarır...
Yadımdan çıxmamış bir şeyi də deyim-Mən xalq hikmətində bir şeyi başa düşmürəm: dabanına tüpürüb qaçmaq. Bu nə deməkdir, ümumiyyətlə? İmkanınız olanda bir sınayın, nəticəsini mənə də deyin ki, dabanıma tüpürüb qaçmayım.
Mətləb...Verdiyi sözə tüpürən insan var, ərinin qeyrətinə tüpürən qadın var, arvadının sevgilisinin üzünə tüpürə bilməyən kişi var, ailəsinə tüpürüb intihar edən övlad var, diplomuna tüpürüb fəhləlik edən var, gördüyü işin içinə tüpürən bərbər var(bunu qafiyə üçün dedim), şəxsiyyətinə, vicdanına, haqq-ədalətə tüpürənlər var...bunlar hər biri ayrı mövzudur, xatırlatmaqda isə məqsədim var. Gəlinunutmayaq ki, sözə tüpürmək üçün BAŞ, üzə tüpürmək üçün ... lazımdır!
Əgər kiminsə üzünə, ya da sözünə tüpürmək istəyirsinizsə, yaxud əksinə, sizə tüpürmək istəyən varsa, bu hadisə baş verməzdən qabaq tüpürcəyin tərkibindəki bəzi maddələri yada salın: Su-994q/l, zülal-1,4-6,4 q/l, selik-0,9-6,0 q/l, sidik turşusu-0,005-0,030 q/l, sidik cövhəri 140-750 mmol/1 və s.
Məndən sizə bir dənə də MƏMMƏDQULU-sözə də tüpürməyin, üzə də. Yerə tüpürmək üçün isə xüsusi qutular var. Əgər buna da əməl eləməyəcəksinizsə, onda ifadəmə görə bağışlayın, tüpürüm bu yazıya...
Namiq Həsənov
Baxış sayı: 6 552
Bölməyə aid digər xəbərlər
24-09-2023, 01:27
Heydər Əliyev və gömrük sistemində islahatlar-Namiq MƏMMƏDOV
7-09-2023, 23:28
Baydenin yerini tutmağa hazır olduğunu dedi
4-04-2020, 02:34
"Kaş insanın rastına həmişə bu cür alicənab dostlar çıxa"-JURNALİST ƏMRAH FƏQANOĞLU YAZIR
25-11-2017, 14:07
Vaxt itkisi - Qalib İBRAHİMOĞLU
15-11-2017, 21:42
Üzə tüpürmək asandır, yoxsa sözə?...NAMİQ HƏSƏNOV YAZIR...
15-11-2017, 09:46
Mətanət ƏLİYEVA - Bakı və Cocuq Mərcanlı
14-11-2017, 16:59
Qalib İBRAHİMOĞLU - Döyülən zamin - Qalib İBRAHİMOĞLU













