02:57 / 08-04-2020
Ronaldinyo həbsdən çıxdı
“Bülletenləri korlayan məntəqələr cəzalandırılmalıdır”
Tarix: 24-02-2020 19:57 | Bölmə: Siyasət

                  “Bülletenləri korlayan məntəqələr cəzalandırılmalıdır”

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. Şikayətçi namizəd Rəhimov Mütəllim müraciətində səsvermə günü seçki məntəqələrində müxtəlif seçki pozuntularına yol verildiyini qeyd edib. 
Araşdırma zamanı təqdim edilmiş  1 ədəd diskə və 6 ədəd protokola baxış keçirilib.
MSK-nın araşdırması zamanı müəyyən olunub ki, 21 saylı seçki məntəqəsində nəticələr seçicilərin iradəsini əks etdirmir və həmin məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib. 
MSK sədri həmin şikayətlə bağlı çıxışında bülletenlərin korlanmasından danışıb. O bildirib ki, bülletenlər korlanmamalıdır: “Bülletenləri korlayan məntəqələr cəzalandırılmalıdır”.
Qeyd edək ki, həmin dairədə lider namizəd Ülviyyə Ağayevadır.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər
19-03-2020, 20:06 Baş Nazir iclas keçirdi