22:30 / 25-06-2026
AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır-Könül Nurullayeva
22:25 / 25-06-2026
Rumıniya səfiri Rusiya Xarici İşlər Nazirliyi tərəfindən çağırıldıqdan sonra şərh verməkdən imtina etdi
22:23 / 25-06-2026
Tallinin mərkəzində cırılmış Ukrayna bayrağı tapılıb
22:20 / 25-06-2026
Merz: "Cəbhə xəttini dondurmağın və Ukrayna ilə bağlı danışıqları davam etdirməyin vaxtıdır"
22:18 / 25-06-2026
İraq hakimiyyəti OPEC-dən mümkün çıxma xəbərlərini fərziyyə adlandırır
22:13 / 25-06-2026
Lukaşenko ukraynalıların Belarusda göbələk yığmasına icazə verməkdən çəkinmədiyini bildirdi
22:09 / 25-06-2026
Bacısını öldürməkdə ittiham olunan həbs edilib
22:02 / 25-06-2026
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21:56 / 25-06-2026
Hava təcili yardım vertolyotunda qız uşağı dünyaya gətirib
21:52 / 25-06-2026
Qərb ABŞ-ın Böyük Britaniya bazasından bombardmançı təyyarələrini çıxarmağa başladığını açıqladı
21:48 / 25-06-2026
BVF Venesuelada güclü zəlzələlərlə bağlı bəyanat yayıb
21:45 / 25-06-2026
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Kiyevə silah tədarükünün gözlənilməz nəticələri barədə məlumatlandırdı
21:41 / 25-06-2026
Ukrayna əleyhinə mitinq bir neçə yüz nəfəri cəlb etdi
21:37 / 25-06-2026
Dağıstanda uzun müddətdir davam edən münaqişə üzündən atışma: bir nəfər ölüb, bir nəfər yaralanıb
21:34 / 25-06-2026
Polşa Ukraynadan qırıcı təyyarələr müqabilində dronlar tədarük etməsini tələb edib
21:32 / 25-06-2026
Ədliyyə Nazirliyi: Rusiya və Belarus cəzaların vahidləşdirilməsi məsələsində sıx əməkdaşlıq edirlər
21:29 / 25-06-2026
"Zenit" Basketbol Klubunun baş məşqçisi təyin edildi
21:25 / 25-06-2026
İlkin məlumatlara görə, Fransa tərəfindən saxlanılan tankerin heyətində Rusiya vətəndaşı yoxdur
21:20 / 25-06-2026
Slovakiyanın Baş naziri Robert Fiko Qdansk konfransından məyus oldu
21:12 / 25-06-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi: "Brüssel Kiyevin məğlubiyyətindən sonra Rusiyaya hücum etməyi planlaşdırır"
21:08 / 25-06-2026
Mənzil və kommunal xidmətlər üzrə mütəxəssis bağ evlərində sakit saatlara riayət etməyin vacibliyini vurğuladı
21:04 / 25-06-2026
Şübhəli əşyanın partladılması nəticəsində üç nəfər yaralanıb
22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
22:31 / 24-06-2026
Zelenski Belarusda ötürücü əməliyyatını elan etdi
19:25 / 24-06-2026
"Atlantic": ABŞ Ordusunun Avropa və Afrika komandanı Donahoe istefa verəcək
19:17 / 24-06-2026
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
19:14 / 24-06-2026
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
19:04 / 24-06-2026
ABŞ İran üçün dondurulmamış İran aktivlərindən istifadə edərək mal alacaq
18:59 / 24-06-2026
"Baza": Krasnodar diyarında qəzaya uğrayan vertolyotun pilotu vəfat edib
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
18:52 / 24-06-2026
Rusiyanın ən çox futbola yönəlmiş bölgələrindən birini seçib
16:15 / 24-06-2026
Almaniya iqtisadiyyatın bütün sahələrində Ukraynaya kömək etmək üçün vəsait tapmağa çalışır
16:12 / 24-06-2026
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı səkkizə çatıb
16:10 / 24-06-2026
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
16:06 / 24-06-2026
Qərb Kiyevə "Patriot" raketlərinin istehsalı üçün lisenziya verilməməsinə çağırıb
16:02 / 24-06-2026
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
Əli Həsənov: İslahatlar kursu dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq
Tarix: 30-10-2019 13:37 | Bölmə: Siyasət
İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin təqdimatında çıxışı zamanı bildirib.
Ə. Həsənov bildirib ki, SƏLİS-in yaradılması, təqdimatının keçirilməsi bundan sonrakı dövrdə həm qrant verənlərin, həm qrant alanların, həm də bu xidməti həyata keçirənlərin işini həm yüngülləşdirəcək, həm də şəffaflaşdıracaq: “Azərbaycan dövləti 27 ildir ki, müstəqilliyini yaşayır, 1993-cü ildən başlayaraq Ümummilli Lider başda olmaqla, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinin iştirakçılarıyıq. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin ciddi dəstəyi ilə Konstitusiya qəbul olundu, çoxpartiyalı sistem əsasında parlament seçkiləri keçirildi və Azərbaycan dövlətinin gələcək inkişafının təməl prinsipləri müəyyən olundu. Bu təməl prinsiplərin siyasi yöndə əsas strategiyası ondan ibarət idi ki, Azərbaycan demokratik inkişaf, plüralist cəmiyyət quruculuğu, hakimiyyət uğrunda yarışın çoxpartiyalı sistemlilik əsasında həyata keçirilməsi, bazar iqtisadiyyatı kursunu seçdi, vətəndaş cəmiyyətinin formalaşması normalarını seçdi və bərqərar etdi”.
Prezidentin köməkçisinin sözlərinə görə, birinci onillik, 1993-2003-cü illər müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesi idi: “Dövlətin qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr var idi. Buraya dövlətin təhlükəsizliyinin təmin olunması, ordu quruculuğunun həyata keçirilməsi, Əsrin Müqaviləsinin imzalanması və həyata keçiriliməsi, xarici tərəfdaş dövlətlərin tapılması və Azərbaycanın gələcək strateji inikşafının təməli olan neft-qaz kontraktlarının imzalanıb həyata keçirilməsi, Azərbaycanın beynəlxalq aləmlə münasibətlərinin qurulması, tərəfdaş ölkələrin sayının artırılması, qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşların ən vacib problemlərinin həll olunması, məskunlaşdırılması daxildir. 2003-cü ildən Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir. Prezident İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi kurs müstəqil Azərbaycanın modernləşdirilməsi, müasirləşdirilməsi və onun inkişafının qlobal dünyanın çağırışlarına uyğun olaraq yeni trendlər əsasında zənginləşdirilərək davam etdirilməsidir. Zaman var idi ki, xaricdə belə konfrans zallarını, bu tip elektron xidmətləri görəndə az qalırdıq ki, heyrətdən boğulaq. Bu gün Azərbaycan dövləti elə səviyyəyə gəlib çatıb ki, nəinki elektron hökumətdən, elektron xilmətlərdən, hətta rəqəmsal hökumət və rəqəmsal xidmətdən bəhs edə bilir. Prezident İlham Əliyevin 3 prezidentlik dövrü Azərbaycanın modernləşdirilməsi, ictimai, siyasi, sosial, iqtisadi həyatının yenidən qurulması və ölkədə vətəndaş məmnunluğunun təmin olunmasını əhatə etdi. Vətəndaş məmnunluğu ona göstərilən xidmətlərin asanlaşdırılması, rahatlaşdırılması və hamı üçün məqbul formaya salınmasıdır”.
Ə.Həsənov nəzərə çatdırıb ki, vətəndaşların məmnunluğunun təməlində onun sosial-iqtisadi və digər problemlərinin həlli, firavan həyatının təmin olunması, təhlükəsizliyinin təmin olunması, təşəbbüslərinin dəstəklənməsi dayanır: “Bu mərhələdə yaranan xidmətlərin, o cümlədən bu gün təqdimatında iştirak etdiyimiz SƏLİS-in də təməlində bu dövrün vətəndaş cəmiyyəti quruculuğu dayanır. 2007-2008-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə iki mühüm konsepsiya qəbul olundu. Bu konsepsiyalardan biri QHT-lərə, yəni vətəndaş təşəbbüslərinə dəstək idi. Bu konsepsiyanı reallaşdırmaq üçünq QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı. Şura şəffaf şəkildə formalaşdırıldı, üzvləri müxtəlif QHT-lərin təqdimatı ilə seçildi. 10 ildən yuxarıdır ki, Şura fəaliyyət göstərir və günü-gündən fəaliyyətini təkmilləşdirir, vətəndaşlara göstərdiyi xidmətləri müasir dünya səviyyəsinə gətirir, elektronlaşdırır və bu xidmətlərdə şəffaflığı təmin edir. Digər konsepsiya KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyası və bununla bağlı Fondun (KİVDF) yaradılmasıdır. Fondun Müşahidə Şurası da KİV-lərin təqdim etdiyi siyahılar əsasında, şəffaf qaydada formalaşır, Prezident İlham Əliyev onları təyin edir. Mən bu gün Şura və Fondun fəaliyyətlərini müqayisə etmək istəmirəm. Amma görünən budur ki, Şura elektron xidmətə KİVDF-dən qabaq keçdi. Bu, yaxşı bir nümunədir. Düşününəm ki, KİVDF də bundan sonra KİV-lərə göstərilən dəstəyi təmas olmadan, elektron hökumət vasitəsi ilə həyata keçirə, bu xidməti yarada bilər. Ən əsası da KİV-lərə göstərilən dəstək də şəffafdır, orada qaranlıq bir məqam yoxdur. Hər bir qəzetə ayrılan yardım bəllidir, bu, ilin əvvəlində Fondun Müşahidə Şurasında redaktorların iştirakı ilə müzakirə olunur. Əsas məsələ jurnalist müsabiqələrinin keçirilməsidir. Fond ildə iki dəfə müsabiqə keçirir, hər müsabiqədə çoxlu sayda jurnalist mükafatlandırılır. O prosesi elektronlaşdırmağın vaxtı gəlib çatıb”.
Prezidentin köməkçisi vurğulayıb ki, 15 il ərzində iqtisadi, siyasi, sosial həyatın bütün sahələri yenilənib: "Nəqliyyat infrastrukturundan tutmuş mədəniyyət ocaqlarımıza, institutlarımıza, xəstəxanalarımıza, məktəblərimizə, yollarımıza qədər hər şey təzələnib. Bu gün Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasında üçüncü yerdə dayanır. Azərbaycan bütün reytinq sorğularında öncül mövqeləri tutur. Bu da Prezident İlham Əliyevin 15 ildə vətəndaş məmnunluğu istiqamətində həyata keçirdiyi tədbirlərdir və bunun nəticələrini görürük. 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyev yeni bir kurs elan etdi. Bu gün sizinlə birlikdə o kursun nəticələrini görürük. İlk növbədə bu kurs ictimai, siyasi, sosial, iqtisadi həyatımızın şəffaflaşdırılmasından ibarət idi. Bütün postsovet ölkələrində, o cümlədən dünya ölkələrində olduğu kimi, Azərbaycanda da hələ kölgə iqtisadiyyatı mövcuddur. Hələ də ayrı-ayrı iş adamları dövlətin vergilərini tam şəkildə ödəmir, ödəmək də istəmir. Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur və monopoliyanın bəzi xətləri dövlət qulluqçularına gedib çıxır. Keçən dəfə Prezident İlham Əliyev iqisadi müşavirədə bu məsələlərə toxundu. İslahatlar kursu, Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının, siyasətinin, sosial həyatının bütün sahələr üzrə şəffaflaşdırılması, kölgədən çıxarılması dövlətin iradəsidir və bu iradəyə qarşı çıxanlar cəzalandırılacaq. Şəffaflaşdırma bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar kursunun əsasını təşkil edir. Bu islahatlar kursu dövlət idarəçilik sisteminin struktur islahatlarından, idarəçilik sisteminin təkmilləşdirilməsindən başladı. Bu gün zərurəti şübhə doğuran qurumların ləğv olunması, birləşdirilməsi, orada çalışan insanların digər lazım olan sahələrə yerləşdirilməsi həyata keçirildi. Bunun ardınca iqtisadi islahatların konturları elan olundu. Dövlət büdcəsindən tutmuş xidmət sahələrinə, vergi yığımından tutmuş sahibkarlıq sahəsinə qədər həm struktur, həm dövlət idarəçilik sisteminin, o cümlədən sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi həyata keçirilir. Bu gün bu şəffaflaşdırma elə bir mərhələyə qədəm qoyub ki, hər bir vətəndaş QHT-lər, KİV-lər, millət vəkilləri vasitəsi ilə bu prosesdə iştirak edir”.
Baxış sayı: 790
Bölməyə aid digər xəbərlər

25-06-2026, 22:30
AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır-Könül Nurullayeva
25-06-2026, 22:25
Rumıniya səfiri Rusiya Xarici İşlər Nazirliyi tərəfindən çağırıldıqdan sonra şərh verməkdən imtina etdi
25-06-2026, 21:41
Ukrayna əleyhinə mitinq bir neçə yüz nəfəri cəlb etdi
25-06-2026, 21:34
Polşa Ukraynadan qırıcı təyyarələr müqabilində dronlar tədarük etməsini tələb edib
25-06-2026, 21:20
Slovakiyanın Baş naziri Robert Fiko Qdansk konfransından məyus oldu
25-06-2026, 21:12
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi: "Brüssel Kiyevin məğlubiyyətindən sonra Rusiyaya hücum etməyi planlaşdırır"
24-06-2026, 15:52
Politoloq Fransanın AB və NATO-dan çıxma şərtlərini izah etdi
23-06-2026, 20:45
Zelenski Sviridenkonu Polşaya göndərdi
23-06-2026, 19:54
Azərbaycan-Türkmənistan əməkdaşlığı regional sabitliyə xidmət edir-Könül Nurullayeva
22-06-2026, 15:56
Peskov Zelenskinin Minskə qarşı aqressiv təhdidlərinə münasibət bildirdi
21-06-2026, 19:50
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
18-06-2026, 20:01
London Kiyevə 150.000 dron və 350 raket vəd edib
17-06-2026, 20:30
Meloni hesab edir ki, böyük AB gücünün danışıq aparan şəxsi Rusiya ilə dialoqu çətinləşdirəcək
17-06-2026, 20:19
Kiyevin 10 milyon dron hədisi reallaşa bilər
17-06-2026, 20:14
Bir neçə G7 ölkəsi Ukraynada uzaqmənzilli raketlər yığmaq istəyir
16-06-2026, 23:59
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
16-06-2026, 19:54
Putin Rusiya-ASEAN sammiti zamanı on dövlət başçısı ilə görüşəcək
16-06-2026, 18:56
Rusiya səfirliyi Zelenskinin Ottavadakı danışıqlarına münasibət bildirib
15-06-2026, 18:01
Lavrov bildirib ki, Moskva Minskin Ukraynaya yanaşmasını başa düşür
15-06-2026, 13:37
Politoloq Vaşinqton və Tehran arasında dialoqu pozmaq üçün yeni cəhdləri etiraf edir
15-06-2026, 13:35
ABŞ-İran sazişindən ən çox kimin qazanacağı sualına ekspert cavab verdi
14-06-2026, 19:29
"Bu, təəccüblü olmamalıdır": ABŞ-ın Avropaya hərbi yardımının azaldılması məntiqi addım adlandırıldı
14-06-2026, 16:49
Fiko Aİ-ni Kiyevə kömək edərkən öz problemlərini həll etmək istəməməkdə günahlandırdı
14-06-2026, 00:22
Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir-Könül Nurullayeva
11-06-2026, 19:38
İtaliya Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə çağırır
11-06-2026, 11:17
FT: AB Xarici İşlər Rəhbəri Kaja Kallas uğursuzluqlar arasında səlahiyyətlərindən məhrum edilə bilər
11-06-2026, 10:46
Dmitriyev Rusiyanın güclü iqtisadi birlik yarada biləcəyi AB ölkəsinin adını çəkdi
10-06-2026, 18:44
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
10-06-2026, 18:17
Rusiya və Almaniya arasında dialoq üçün şərtlər müəyyən edilib
10-06-2026, 18:05
Avropa Parlamentinin üzvləri Rusiya ilə yaxınlaşmanın tərəfdarıdırlar
9-06-2026, 21:34
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
9-06-2026, 21:03
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
9-06-2026, 20:46
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
9-06-2026, 09:43
Qərb Ukraynaya "Oreşnik" raket zərbəsindən sonra Odessada panikaya düşdüyünü bildirdi
8-06-2026, 18:19
Lavrov hər kəsi Putinin danışıqlar və Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) haqqında dediklərinə ciddi yanaşmağa çağırdı
8-06-2026, 17:34
Ukrayna Avropa Birliyindən 2,8 milyard avroluq yeddinci tranşı aldı
8-06-2026, 09:56
Polyanski: "ATƏT üzvləri Avropa İttifaqının mövqeyinə görə Rusiya ilə dialoq apara bilmirlər"
8-06-2026, 09:54
Səslərin yarısından çoxu sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 50%-dən azını toplayıb
7-06-2026, 08:09
Çin Belarusun suverenliyinin müdafiəsində ona dəstək olmağa hazır olduğunu bəyan edib