23:22 / 25-09-2026
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22:48 / 25-09-2026
Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi-Könül Nurullayeva
22:52 / 24-09-2026
Ata evdə ov tüfəngini təmizləyərkən qızını güllələyib
22:47 / 24-09-2026
Ankara taxıl dəhlizinin bərpası üçün diplomatik səyləri sürətləndirir
22:43 / 24-09-2026
Küçə iti 6 yaşlı qızın qulağını az qala qoparacaqdı
22:34 / 24-09-2026
Xəzər dənizində təlimlər zamanı 12 Qazaxıstan hərbçisi həlak olub
22:29 / 24-09-2026
Tramp administrasiyasının Ukraynanın siyasi elitasına təsiri minimaldır
22:21 / 24-09-2026
Tusk polşalı keşişi bıçaqlayaraq öldürən ukraynalıya ağır cəza vəd etdi
22:16 / 24-09-2026
Lavrov və Qrossi İranın nüvə proqramı ilə bağlı vəziyyəti müzakirə etdilər
22:13 / 24-09-2026
Lavrov Qrossi ilə Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasına endirdiyi zərbələri müzakirə etdi
22:10 / 24-09-2026
Avtobus və sığın toqquşub
18:39 / 24-09-2026
Beş nəfərə hücum edərək bir nəfəri öldürüb
18:37 / 24-09-2026
Amur pələnglərinin qorunmasının ümumiyyətlə ətraf mühitin qorunmasından ayrılmaz olduğunu bildirdi
18:33 / 24-09-2026
Kim Çen In Rusiyaya səfər etməyə dəvət olunub
18:30 / 24-09-2026
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
18:27 / 24-09-2026
Futbolçu Qluşakov Rusiyada futbolun necə populyarlaşdırılacağını izah etdi
18:24 / 24-09-2026
Avropa İttifaqı Ukraynadakı islahatların yavaş tempindən narazıdır
15:43 / 24-09-2026
Məşqçinin ayı hücumu nəticəsində ölməsindən sonra cinayət işi açılıb
15:38 / 24-09-2026
Bir at ayı hücumundan sağ çıxdı
15:37 / 24-09-2026
Kiyevdəki böyük bir tekstil fabrikinin əsas istehsal müəssisəsi yanıb
15:35 / 24-09-2026
Almaniyanın Rusiyaya qarşı ittihamları "əbədi müharibəyə" səbəb ola bilər
15:31 / 24-09-2026
Üç yaşlı qız 11-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
13:29 / 24-09-2026
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
13:21 / 24-09-2026
Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir-Könül Nurullayeva
21:29 / 23-09-2026
Lavrov Fars körfəzindəki böhranı Misir xarici işlər naziri ilə müzakirə etdi
21:24 / 23-09-2026
Avtomobil yanğınında bir kişi ölüb
21:21 / 23-09-2026
Lokomotivi yandırdığına görə mühakimə olunacaq
21:19 / 23-09-2026
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
21:15 / 23-09-2026
Qadın polis iki dəfə ayıları zərərsizləşdirib
21:12 / 23-09-2026
Rusiya milli futbol komandasının keçmiş qapıçısı Ruslan Niqmatullin qız övladı dünyaya gətirib
21:09 / 23-09-2026
Vaynşteyn cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
21:05 / 23-09-2026
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
21:01 / 23-09-2026
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
20:58 / 23-09-2026
Vəkil: "Ciqan 20 ilə qədər həbs cəzası ilə üzləşə bilər"
19:46 / 23-09-2026
Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya Qərb silahlarının verilməsinin nəticələri barədə xəbərdarlıq etdi
19:42 / 23-09-2026
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Rusiyanı ittifaq üçün təhlükə hesab etmir
19:39 / 23-09-2026
Yekaterinburqda üç yeniyetmə yoldan keçənə hücum edib; cinayət işi açılıb
19:35 / 23-09-2026
Taxıl elevatorunda bir qadın ölüb
RAMİZ NOVRUZ: "MƏNİM SƏNƏT TALEYİMƏ HƏZİ ASLANOVU YAŞATMAQ DÜŞMƏLİYMİŞ"
Tarix: 15-05-2020 00:57 | Bölmə: Mədəniyyət
Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.
- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı Həzi Aslanov roluna qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə fılmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.

- Həzi Aslanov roluna çəkilişiniz necə oldu?
- Burda bir təsadüf də var, qanunauyğunluq da. Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında fılm çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O, çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir sterotip yaranmışdı ki, onsuz da baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq.

- Amma deyəsən, iş plan doldurub quş qoymaq xətrinə olmadı. Bu rol sanki sizin boyunuza biçilmişdi?
- Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı.

- Dediyiniz kimi, burda bir qanunauyğunluq da var axı. Məlumdur ki, biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirik ki, gördüyümüz elə Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışığınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mən bu dəqiqə elə bilirəm ki, canlı Həzi Aslanovun özü ilə söhbət edirəm.
- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb: “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar.

- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurmu?
- Generalın roluna təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyət hissi bir o qədər qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Az qala, dünyanın yarısının tanıdığı tarixi bir şəxsin rolunu oynayırdım. Bir də ki, fılmin çəkildiyi ötən əsrin səksəninci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları sağ idilər... Odur ki, hər ştrixdə reallıq, inandırıcılıq əsas amillərdən idi. Ssenari müəllifi də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və bütün dünya görsün ki, bir azəri balası sovet dövlətində öz millətini necə təmsil edib. Film SSRİ üçün alındı. O vaxt fılmə ümumittifaq primyerası elan olundu. Belə primyeralar nadir hallarda olurdu. SSRİ-nin bütün müttəfiq respublikaları və on dörd sosialist ölkəsi baxıb rəy söyləməliydi. Çox qəribədir ki, ən çox məktub Almaniyadan gəlirdi.

- Məlumdur ki, film sovet dönəmində çəkilmişdir. Müstəqillik dövründə çəkilsəydi, yəqin ki, başqa cür olacaqdı?
- Bəli, sovet rejimi çox mətləbləri açmağa imkan vermirdi. İki seriyalıq material var idi. Təəssüf edirəm ki, çoxunu kəsdilər, imkan vermədilər. Dövrə uyğun cəsarətsizlik vardı. Cəsarət çox şeyi həll edə bilərdi. Cəsarətsizliyin ucbatından fılmin nə qədər lazımlı kadrları çəkilmədi və ya qayçılandı. Bu günün prizmasından baxanda düşünürəm ki, onlar adi şeylər idi.

- Şəxsən siz özünüz hər hansı maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O zaman SSRİ məkanında qardaş xalqlar olsaq da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözüylə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri yaradırdı.
Sevda Əlibəyli

Baxış sayı: 1 532
Bölməyə aid digər xəbərlər
Tarix: 15-05-2020 00:57 | Bölmə: Mədəniyyət
Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı Həzi Aslanov roluna qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə fılmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.

- Həzi Aslanov roluna çəkilişiniz necə oldu?
- Burda bir təsadüf də var, qanunauyğunluq da. Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında fılm çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O, çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir sterotip yaranmışdı ki, onsuz da baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq.

- Amma deyəsən, iş plan doldurub quş qoymaq xətrinə olmadı. Bu rol sanki sizin boyunuza biçilmişdi?
- Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı.

- Dediyiniz kimi, burda bir qanunauyğunluq da var axı. Məlumdur ki, biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirik ki, gördüyümüz elə Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışığınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mən bu dəqiqə elə bilirəm ki, canlı Həzi Aslanovun özü ilə söhbət edirəm.
- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb: “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar.

- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurmu?
- Generalın roluna təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyət hissi bir o qədər qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Az qala, dünyanın yarısının tanıdığı tarixi bir şəxsin rolunu oynayırdım. Bir də ki, fılmin çəkildiyi ötən əsrin səksəninci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları sağ idilər... Odur ki, hər ştrixdə reallıq, inandırıcılıq əsas amillərdən idi. Ssenari müəllifi də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və bütün dünya görsün ki, bir azəri balası sovet dövlətində öz millətini necə təmsil edib. Film SSRİ üçün alındı. O vaxt fılmə ümumittifaq primyerası elan olundu. Belə primyeralar nadir hallarda olurdu. SSRİ-nin bütün müttəfiq respublikaları və on dörd sosialist ölkəsi baxıb rəy söyləməliydi. Çox qəribədir ki, ən çox məktub Almaniyadan gəlirdi.

- Məlumdur ki, film sovet dönəmində çəkilmişdir. Müstəqillik dövründə çəkilsəydi, yəqin ki, başqa cür olacaqdı?
- Bəli, sovet rejimi çox mətləbləri açmağa imkan vermirdi. İki seriyalıq material var idi. Təəssüf edirəm ki, çoxunu kəsdilər, imkan vermədilər. Dövrə uyğun cəsarətsizlik vardı. Cəsarət çox şeyi həll edə bilərdi. Cəsarətsizliyin ucbatından fılmin nə qədər lazımlı kadrları çəkilmədi və ya qayçılandı. Bu günün prizmasından baxanda düşünürəm ki, onlar adi şeylər idi.

- Şəxsən siz özünüz hər hansı maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O zaman SSRİ məkanında qardaş xalqlar olsaq da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözüylə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri yaradırdı.
Sevda Əlibəyli

Baxış sayı: 1 532
Bölməyə aid digər xəbərlər
17-09-2026, 23:50
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib
16-09-2026, 19:18
Çoxlu dəvətnamə: Stiven Siqal Dağıstana səfər etməyi planlaşdırır
15-09-2026, 17:49
Rusiyada Kanye West konsertinin təşkilatçısına qarşı iddia qaldırılıb
15-09-2026, 17:43
"Dolina" qrupunun direktoru Sankt-Peterburqdakı konsertin ləğv edilməsinin səbəbini açıqladı
13-09-2026, 16:45
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
7-09-2026, 20:28
İlham Rəhimov nəvəsi Kəmalənin sərgisində - Video - Fotolar
3-09-2026, 17:44
Puşkinin abidəsinin yerində Şekspir büstü qoyulub
2-09-2026, 19:05
Enrike İqlesiasın Astanadakı konserti üçün 34.500 bilet qalıb
1-09-2026, 20:02
Angelina Jolie Poltavaya gəldi
1-09-2026, 12:29
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
31-08-2026, 16:46
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
31-08-2026, 16:22
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
30-08-2026, 17:53
Aktrisa Angelina Jolie yenidən Ukraynaya səfər etdi
26-08-2026, 19:07
"Tatu"nun konserti ləğv edilib
26-08-2026, 17:14
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
25-08-2026, 19:45
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
23-08-2026, 20:20
11 yaşlı qızı aktrisanın bütün əmlakını alacaq
23-08-2026, 20:08
Media: Ciqan İsraildə elit reabilitasiya mərkəzində jakuzi ilə reabilitasiya keçir
20-08-2026, 20:16
Alla Puqaçova İstra Su Anbarındakı əmlakının yaxınlığında torpaq mülkiyyətini itirir
17-08-2026, 22:32
Kanye West Vladimir Putinlə görüşməyi xəyal edir
6-08-2026, 20:00
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
3-08-2026, 18:27
At peyinindən hazırlanmış Trampın portreti Kanada yarmarkasında 1800 dollara satılıb
3-08-2026, 18:19
Polşalılar ukraynalıları musiqiyə görə döyüblər
27-07-2026, 16:17
İtkin düşmüş sənətkarın cəsədi tapılıb
23-07-2026, 22:37
"Mirage" qrupunun keçmiş solisti qrupun təsisçisinə qarşı 8 milyon rubldan çox təzminat iddiası qaldırıb
22-07-2026, 13:22
Aktrisa Ornella Muti və qızı Rusiya vətəndaşlığı almağı planlaşdırır
22-07-2026, 13:18
Vısotskinin mahnısı Böyük Britaniyada radioda səsləndirilib
20-07-2026, 18:27
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
14-07-2026, 10:27
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
11-07-2026, 16:45
İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib
7-07-2026, 20:52
"Sınıq işıqların küçələri" serialının aktyoru vəfat edib
7-07-2026, 17:51
Gənc xanəndənin atası qəzada öldü
1-07-2026, 18:29
Aktyorun cəsədi tapılıb
25-06-2026, 22:02
Həmkarına bıçaqla hücum edən aktrisa həbsdən azad edilib
21-06-2026, 19:56
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
15-06-2026, 13:28
"Kapitan qızı" serialının aktyor heyətinə qoşulub
10-06-2026, 23:46
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı













