Bütün xəbərlər
“Oskar” mükafatına namizədlərin adı AÇIQLANDI
Tarix: 13-01-2020 23:58 | Bölmə: Mədəniyyət
              

ABŞ-ın Kinoakademiyası 2019-cu ilin ən yaxşı filmləri üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.
Modern.az xəbər verir ki, “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” filmləri “Ən yaxşı film” nominasiyasında yer alıb.
Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasında Skarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isə Quentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.
Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.


Baxış sayı: 525


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya