Bütün xəbərlər
Türkmənistan Prezidenti Bakıda
Tarix: 11-03-2020 10:32 | Bölmə: Manşet

                  Türkmənistan Prezidenti Bakıda

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər