Bütün xəbərlər
“Uşaqların hazırladığı videoçarx mənə xoş duyğular yaşatdı” - Mehriban Əliyeva
Tarix: 07-03-2020 23:38 | Bölmə: Manşet

                  “Uşaqların hazırladığı videoçarx mənə xoş duyğular yaşatdı”

“Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!”
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram səhifəsində yer alıb.
Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva keçən il dekabrın 30-da Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olaraq uşaqlara baş çəkmiş, onlarla birgə Yeni il bayramını qeyd etmiş, tort bişirmiş, pianoda müxtəlif musiqilər ifa etmişdilər.
                  


Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər