23:36 / 09-06-2026
Əraqçi xarici qüvvələri İran ərazisinə yaxın əraziləri tərk etməyə çağırdı
21:34 / 09-06-2026
Ermənistanda iş adamı Karapetyanın daha iki əməkdaşı həbs edilib
21:09 / 09-06-2026
Sağlamlıq düşərgəsində uşaqlar bağırsaq infeksiyasına yoluxublar
21:03 / 09-06-2026
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımamağı təklif edib
20:56 / 09-06-2026
Yeniyetmə "Əbədi məşəl"i təhqir etdiyinə görə mühakimə olunacaq
20:49 / 09-06-2026
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
20:46 / 09-06-2026
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Kazana gəlib
20:44 / 09-06-2026
CNN Trampın İran sazişi ilə bağlı bütün açıqlamalarını saydı
10:03 / 09-06-2026
Si Cinpin və Kim Çen In Çin ilə KXDR arasında əməkdaşlığın genişləndirilməsini elan etdilər
10:00 / 09-06-2026
Bundestaq üzvü Merzin könüllü istefasına ümid etməməyə çağırıb
09:53 / 09-06-2026
Zəlzələ nəticəsində ən azı 37 nəfər ölüb, 456 nəfər yaralanıb
09:50 / 09-06-2026
İki mərtəbəli avtomobil salonu yanıb
09:47 / 09-06-2026
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
09:43 / 09-06-2026
Qərb Ukraynaya "Oreşnik" raket zərbəsindən sonra Odessada panikaya düşdüyünü bildirdi
09:38 / 09-06-2026
Oğurluqda şübhəli bilinənlər saxlanılıb
09:35 / 09-06-2026
ABŞ hərbi helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
09:32 / 09-06-2026
Ata tüfənglə atəş açdığı üçün 200.000 rubl ödəyib
09:22 / 09-06-2026
Evi atəşə tutulduqdan sonra İsraili tərk etdi
18:29 / 08-06-2026
Fransız iqtisadçı Makronun Ukrayna ilə bağlı paylaşımını tənqid etdi
18:23 / 08-06-2026
Ərmənistan sabitliyini konkret qərarlarla olmalıdır-Könül Nurullayeva
18:19 / 08-06-2026
Lavrov hər kəsi Putinin danışıqlar və Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) haqqında dediklərinə ciddi yanaşmağa çağırdı
18:11 / 08-06-2026
WSJ: Şimali Koreya dünyanın ən heyrətamiz iqtisadi uğur hekayəsidir
18:08 / 08-06-2026
"Akron" klubunun baş məşqçisi təyin edilib
18:05 / 08-06-2026
"Şinnik"in keçmiş futbolçusu 27 yaşında vəfat edib
18:02 / 08-06-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyunu üçün Kalininqrada gəlib
17:45 / 08-06-2026
Çayda bir kişi boğuldu
17:42 / 08-06-2026
Partlayış nəticəsində altı nəfər həlak olub
17:36 / 08-06-2026
"Bloomberg": İran Tramp və Netanyahu arasında ziddiyyət yaratmağa çalışır
17:34 / 08-06-2026
Ukrayna Avropa Birliyindən 2,8 milyard avroluq yeddinci tranşı aldı
09:58 / 08-06-2026
Serb rejissoru Kusturica 2027-ci ildə Rusiya pasportu almağa ümid edir
09:56 / 08-06-2026
Polyanski: "ATƏT üzvləri Avropa İttifaqının mövqeyinə görə Rusiya ilə dialoq apara bilmirlər"
09:54 / 08-06-2026
Səslərin yarısından çoxu sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 50%-dən azını toplayıb
09:48 / 08-06-2026
Errol Mask iddia etdi ki, ABŞ-dan olan pis insanlar Ukraynada pul yuyur
09:45 / 08-06-2026
Morqda yanğın baş verib
09:42 / 08-06-2026
Qadın mərhum döyüşçünün anasından bir milyon rubl oğurlayıb
Konstitusiyamız və milli ideologiyamız
Tarix: 12-11-2019 10:58 | Bölmə: Manşet

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdilmişdi. Bu konstitusiyada isə Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının - azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən ümummilli lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunmasından danışanda ilk növbədə ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarnın hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.
Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına ilk növbədə bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl, dövlətçilik maraqları - güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.
Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbayvan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələblərin həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya normaları və azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, ölkənin milli maraqlarına söykənərək, bütün Azərbaycan xalqının ümumi mənafelərinin ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmağa bərabərdir.
Bir faktı da xüsusi vurğulamaq istəyirəm ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XlX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi. Və həm də nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.
Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

Baxış sayı: 532
Bölməyə aid digər xəbərlər

Dünən, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"
2-06-2026, 21:44
Zaxarova Polşa və Ukrayna arasındakı qalmaqala münasibət bildirdi
2-06-2026, 21:38
Zelenski Rusiya hücumlarından sonra "Patriot" silahları istədi
1-06-2026, 17:57
Rusiya Xarici İşlər Nazirliyi: ABŞ İranla münaqişədə məğlub oldu
31-05-2026, 21:16
Zelenski ABŞ-ın Trampa yazdığı məktubu cavabsız qoymasından şikayətləndi
31-05-2026, 20:57
Kvaratskhelia Çempionlar Liqasında mövsümün oyunçusu seçildi
31-05-2026, 20:48
Danimarka Baş naziri Frederiksen Rusiyaya təzyiqin artırılmasına çağırdı
31-05-2026, 20:45
Zelenski NATO ölkələrini "Rusiyaya daha güclü cavab verməyə" çağırdı
31-05-2026, 16:51
Danimarka Baş naziri Avropanın Rusiya ilə hərbi qarşıdurmaya hazırlığını qiymətləndirdi
30-05-2026, 11:44
Əzizi: "İranın Hörmüz boğazı ilə bağlı qərar qəbul etmək hüququ var"
30-05-2026, 11:38
Pentaqon rəhbəri: "ABŞ-ın İrana yenidən hücum etmək üçün kifayət qədər silahı var"
29-05-2026, 23:22
ABŞ Kastronu ekstradisiya etmək istəyir
29-05-2026, 14:53
Polşa Zelenskinin "Ağ qartal" ordenindən məhrum edilməsinin mümkünlüyünü müzakirə edəcək
29-05-2026, 12:46
Peskov Ukrayna danışıqlarında AB-nin vasitəçiliyini istisna edib
28-05-2026, 18:25
ABŞ səfirliyi və Ukrayna Xarici İşlər Nazirliyi AB-nin baş diplomatının yalan açıqlamasını təkzib etdi
28-05-2026, 18:00
Uşakov: "Putin Kiyevə endirilən zərbələrə görə Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb"
28-05-2026, 17:28
İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
27-05-2026, 19:41
Merkel Ukraynadakı münaqişənin nə qədər davam edəcəyini proqnozlaşdırdı
27-05-2026, 19:31
Ərdoğan Netanyahunu hədələyir
27-05-2026, 00:08
Vüqar Rəhimzadə: "Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarından biridir"
26-05-2026, 14:36
Lukaşenko Moldovanı "göbək bağını kəsməməyə" və keçmiş tərəfdaşlarını itirməməyə çağırdı
26-05-2026, 14:19
Şoyqu Ermənistanın təhlükəsizlik mövqeyindən təəssüfləndiyini bildirdi
26-05-2026, 13:56
Rusiya səfiri: "Avropa İttifaqı Serbiyanı Rusiya və Çinlə əlaqələrini kəsməyə məcbur etməyə çalışır"
25-05-2026, 20:19
Rubionun Yerevana qarşıdan gələn səfərini tənqid etdi
25-05-2026, 19:49
Milanın Çempionlar Liqasına vəsiqə qazana bilməməsindən sonra Allegrinin taleyini açıqladı
25-05-2026, 09:02
Fon der Leyen dron hadisələri səbəbindən Litvaya səfər edəcək
25-05-2026, 08:45
İbrahimov: "ABŞ İran üzərində qələbə elan edə bilər, amma müharibəni bitirə bilməz"
24-05-2026, 21:05
Filippo Fransaya qarşı "Rusiya təhlükəsi" olmadığını bəyan etdi
24-05-2026, 21:02
Magyar Orbanın ofisini və yataq otağını ictimaiyyət üçün açdı
24-05-2026, 20:58
Dmitriyev bildirib ki, Merz onun məsləhətinə əməl edərsə, uğur qazanacaq
24-05-2026, 16:56
Ermənistan Rusiyanın köməyi olmadan Türkiyə və Azərbaycana dəmir yolu xətlərini bərpa edəcək
21-05-2026, 18:35
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
21-05-2026, 18:19
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
21-05-2026, 18:04
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
20-05-2026, 22:31
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
20-05-2026, 20:04
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi