12:23 / 14-04-2025
Gənc nəsillərə örnək olan böyük alim-Nəbi Ağayev
11:01 / 14-04-2025
Sumqayıt şəhərində 1-ci Qarabağ şəhidi Əli Quliyevin 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
10:23 / 14-04-2025
Tramp özünün qolf klubunda heykəlini açıb
23:52 / 13-04-2025
Süleymanov MLS-də ilk qolunu vurub
23:43 / 13-04-2025
Husilər İsraildəki Ben Qurion hava limanına və Sdot Mixa hərbi bazasına zərbələr endiriblər
22:00 / 13-04-2025
Leyla Əliyeva Bakıdakı yaşıllıqlarla bağlı layihənin növbəti mərhələsini başlatdı - Fotolar
21:56 / 13-04-2025
Hamamda baş verən yanğın nəticəsində yaşayış binaları yanıb
21:52 / 13-04-2025
Məktəbli moped almaq üçün valideynlərini qarət edib
21:49 / 13-04-2025
Qadın onuncu mərtəbənin pəncərəsindən yıxılıb
21:32 / 13-04-2025
Sandu Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqları 2027-ci ilin sonuna qədər başa çatdırmaq niyyətindədir
21:28 / 13-04-2025
Pensilvaniya qubernatorunun iqamətgahı yanıb
19:45 / 13-04-2025
Qadın yemək hazırlayarkən paltarı yanıb
19:43 / 13-04-2025
Yaş yarımlıq uşaq kimyəvi maddədən zəhərlənib
19:37 / 13-04-2025
Ağ Ev Trampın tibbi müayinəsinin nəticələrini açıqlayıb
19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
19:27 / 13-04-2025
Bir nəfərin öldürülməsindən sonra cinayət işi açılıb
10:37 / 13-04-2025
Polis maşınlarının yandırılmasından sonra terror işi açılıb
10:33 / 13-04-2025
Merz: "Almaniyanın eyni anda bir neçə enerji təchizatçısı olmalıdı
10:29 / 13-04-2025
FSB: Yeniyetmə məktəb binasını partlatmağı planlaşdırırdı
10:26 / 13-04-2025
Güclü külək səbəbindən minə yaxın ev işıqsız qalıb
10:22 / 13-04-2025
Yaşlı müəlliminə hücum edən həbs edilib
10:18 / 13-04-2025
WSJ: ABŞ sanksiyaları yumşaldılacağı təqdirdə İran nüvə məhdudiyyətlərinə hazırdı
10:13 / 13-04-2025
Vulin: "Rusiya heç vaxt Serbiyanın siyasətinə qarışmayıb və onun seçim hüququna hörmət edir"
10:08 / 13-04-2025
Tacikistanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb
10:05 / 13-04-2025
Rusiya Daxili İşlər Nazirliyi: Mindən çox hesab fırıldaqçılıq sxemlərində iştirak edə bilər
10:02 / 13-04-2025
Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı: "Hər şey yaxşı gedir"
23:30 / 12-04-2025
Elektrikli skuterdə olan yeniyetmə 9 yaşlı uşağı yıxıb
22:39 / 12-04-2025
Qroznıda keçirilən "Axmat" - "Rostov" matçında stadionun işıqları sönüb
22:36 / 12-04-2025
Polis reyd keçirib
22:32 / 12-04-2025
Keçmiş xokkeyçi Hasek Dmitri Medvedev tərəfindən hədələndiyini bildirib
22:13 / 12-04-2025
Rusiyalı turistlər karton üstündə saxlanılıb
22:09 / 12-04-2025
Fermada baş verən yanğında 100 buzov ölüb
22:06 / 12-04-2025
300 kvadratmetr ərazini əhatə edən yanğın lokallaşdırılıb
22:02 / 12-04-2025
Tramp Baydenin Rusiyaya qarşı sanksiyalarını bir il müddətinə uzadıb
10:15 / 12-04-2025
Prezidentin nəvələri Ərdoğanla - Foto
10:09 / 12-04-2025
NYT: Tramp ticarət müharibəsinin ağrı nöqtəsini Çinə açıqlayıb
Xocalı soyqırımından 30 il ötür-Təranə Novruzova
Tarix: 23-02-2022 22:46 | Bölmə: Gündəm

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan -30-cu ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımı əbədi olaraq hər bir azərbaycanlının yaddaşına həkk olunub. Rus cəlladlarının, erməni vəhşilərinin törətdiyi bu cinayəti, soyqırımı heç vaxt unutmayacağıq, onu indən belə də bütün dünyaya, gələcək nəsillərə faktlarla, sübutlarla, əsaslı şəkildə çatdıracağıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Xocalı faciəsi haqqında öz ürək sözlərini belə demişdi: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.
Faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq insanlıq və vətəndaşlıq borcumuzdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. Xocalı faciəsindən danışarkən ozamankı rəsmi Azərbaycan rəhbərliyinin və ölkədə vəziyyətə ciddi təsir edən siyasi qüvvələrin acizliyini, səriştəsizliyini, xalqın taleyinə biganəliyini xüsusi qeyd etmək lazımdır. Dövlət rəhbərliyi xalqın qəzəbindən qorxaraq hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş görməmişdi. Ozamankı müxalifət isə faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı. 1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir".
O müdhiş gecənin canlı şahidlərinin ifadələri olduqca təsirli, qan dondurucudur :
Xocalı sakini, 33 yaşlı Musayev Ramil Səlim oğlu:
-Onda mənim 13 yaşım var idi. 7-ci sinifdə oxuyurdum.
Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə olanda bir məhsəti qadının qucağında körpə bir uşaq vardı. Uşaq aclıqdan, susuzluqdan, soyuqdan hey ağlayırdı. Gözlərimin önündə uşaq səs salmasın deyə ana öz övladını sakitləşdirmək istədi. Bir xeyli keçəndən sonra səs gəlmədiyini görən ana körpəsini bağrına basdı. Körpə ölmüşdü. Bu ara ermənilər ananı da vurdular.
Ermənilər 12-13 nəfər əynində Milli Ordu paltarında olan kişiləri güllələdilər. Onların arasında X sinifdə oxuyan Xaqani adında bir oğlan da var idi. Sonra əlində tank əleyhinə qumbara tutmuş Telmanı da güllələdilər. Növbə mənə çatdı. Ayaqlarımı soyundurdular. Özüm də güllə dəymiş sağ ayağımı, don vurmuş, qaralmış barmaqlarımı görəndə dəhşətə gəldim...
Hə, bu dözülməz vəziyyətə baxmayaraq bircə-bircə ayaq dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. Bağırtım göylərə bülənd olmuşdu...
Mirəş Əliyeva:
- Biz meşədə qara bata-bata dolaşırdıq. Yolu keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa dura bilmədim. Haradasa meşədən, səngərdən tez-tez atəş açılırdı. Əlif məndən yapışıb yolun qırağına tullandı.
Meşədən açılan atəşlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun komandiri - A.A.) başını qaldırmadan yolun o biri tərəfində uzanmış qadınlara qışqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və uşaq yolu keçmişdi. Əlif avtomatın darağını dəyişməyə başlayanda ermənilər cavab atəşi açdılar. Güllələrdən biri düz Əlifin alnına dəydi.
Cəmil Məmmədov:
- Şəhərə girən tanklar və zirehli transportyorlar evləri dağıdır və adamları basıb keçirdilər. Rus əsgərlərinin arxasınca erməni yaraqlıları gedirdilər. 5 yaşlı nəvəmi və 14 min manat pulumu götürüb meşəyə tərəf qaçdım. Gecə uşağın donmaması üçün paltarımı çıxarıb onu bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb uşaqla birlikdə onun içinə girməli olduq. Səhər uşağın buna tab gətirməyəcəyini başa düşüb yaxınlıqdakı Naxçıvanik erməni kəndinə yollandım. Orada bizi silahlı ermənilər qarşıladılar. Mən onlara yalvarıb-yaxardım ki, pulu götürsünlər və uşağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, söydülər və kəndin komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə salsınlar. Pəyədə artıq azərbaycanlı qadınlar və uşaqlar var idi. Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su verdilər. 4 gün sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım. Erməni muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə ermənidən seçirəm). Ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya tullanaraq ayaqları ilə üzümdən vururdular. Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbərim yoxdur.
Səriyyə Talıbova:
- Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumuzun başını erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər:
Camal Allahverdi oğlu Orucov:
- 16 yaşında oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən aldılar.
Xatirə Orucova:
- 8 yaşım var. Gözümün qabağında atamı, anamı və 6 yaşlı bacımı ermənilər güllələyib qətlə yetirdilər. Güllə mənə də dəyib.
10 yaşlı Ramil Həsənov:
- Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm.
Sənan Abdullayev:
- Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam.
Qasımova Ayna:
- 12 gün meşədə qaldıq. İki oğlum və bacım da yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez qar da yeyirdik. 12 gündən sonra min bir zülmlə gəlib Ağdama çıxdıq. Ağdamda nə qədər çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.
Talıbov Səməd:
- Fevralın 25-dən 26-na keçən gecə 120-130-a qədər adamla meşəyə qaçdıq. Bu müddətdə Kətik meşəsində qaldıq. Bir müddət meşədə qaldıqdan sonra Hray kəndinə tərəf getdik. Böyüklər aclığa. saxtaya dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. 3 gün ac-susuz qaldıq meşədə. 3-cü gün Naxçıvanik istiqamətinə gedəndə ermənilər bizi tutub mal tövləsinə saldılar. Bizdən başqa 50-60 adam da var idi. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Vuranda, döyəndə səsini çıxaran şəxsi həmin saat güllələyirdilər. Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam.
Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan ( o, Ermənistanın Müdafiə naziri olub), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir.
Ermənilər Xocalı üzərinə hərbi əməliiyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.
Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.
Şükürlər olsun ki, biz 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında qalib gəldik.Bununla da Xocalı faciəsinin və digər faciələrin qurbanlarının qisasını aldıq.Onların qanı yerdə qalmadı.Biz qalib xalqıq, biz qalib dövlətik.Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.Həqiqətən də birlikdə güclüyük!
Təranə Novruzova,
Sumqayıt şəhər Qeydiyyat şöbəsinin rəisi
Baxış sayı: 654
Bölməyə aid digər xəbərlər

Dünən, 22:00
Leyla Əliyeva Bakıdakı yaşıllıqlarla bağlı layihənin növbəti mərhələsini başlatdı - Fotolar
12-04-2025, 10:15
Prezidentin nəvələri Ərdoğanla - Foto
11-04-2025, 23:03
Prezident ailə üzvləri ilə Antalyada - Fotolar
10-04-2025, 10:45
“Biz bu məhkəmənin qərarlarını tanımırıq” - Prezident
4-04-2025, 22:56
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib
3-04-2025, 23:43
Hikmət Hacıyevə ağır itki üz verdi
1-04-2025, 18:55
Əziz insan, doğum günün mübarək!
1-04-2025, 18:32
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnama səfər edib-VİDEO
27-03-2025, 16:36
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və aparılan tikinti işləri ilə tanış olublar
27-03-2025, 16:30
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20-03-2025, 17:36
Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinin kollektivi şəhid və qazi ailəsini ziyarət ediblər
18-03-2025, 20:21
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar
18-03-2025, 15:09
Mehriban Əliyeva Ağdərədən paylaşım etdi - Video
10-03-2025, 21:58
Azərbaycana rəsmi səfərə gəldi - Foto
7-03-2025, 17:10
Vüqar Rəhimzadə: "Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər"
6-03-2025, 22:58
Millət vəkili Elnarə Akimova növbəti dəfə vətəndşları qəbul edib
5-03-2025, 14:34
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
1-03-2025, 00:18
Faiq Qəniyev: "Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi diqqət mərkəzindədir" - VİDEO
26-02-2025, 15:25
Rəsmilər “Ana harayı”nı ziyarət etdi - Fotolar
26-02-2025, 15:12
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
26-02-2025, 08:55
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
19-02-2025, 23:41
İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşüb-VIDEO
19-02-2025, 00:28
İlham Əliyev Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olub
12-02-2025, 12:57
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
7-02-2025, 21:12
İlham Əliyev Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yaradılan yeni parkın açılışında iştirak edib
3-02-2025, 21:50
Məşhur "Bouquet" brendi 10 illik yubileyini hər kəsi sevindirəcək yeniliklərlə qeyd edir!
2-02-2025, 16:45
Gənclərimizin bütün fəaliyyəti daha güclü Azərbaycan naminə yönəlib-Könül Nurullayeva
29-01-2025, 10:54
İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
28-01-2025, 11:51
Asif İbrahimovun yubileyini TƏBRİK EDİRİK!
21-01-2025, 10:04
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
20-01-2025, 23:56
Sumqayıtda 20 yanvar şəhidlərinin xatirəsi yad edilib-VİDEO+FOTOLAR
20-01-2025, 18:58
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
16-01-2025, 15:45
Ərəb mediasında azərbaycanlı alimin 20 Yanvar faciəsi haqqında məqaləsi dərc olunub
16-01-2025, 10:39
İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib
14-01-2025, 00:40
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
7-01-2025, 23:18
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-VİDEO
2-01-2025, 23:58
İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub
1-01-2025, 19:56
Bölgə qazısı Hacı Raufun doğum gününü TƏBRİK EDİRİK!
31-12-2024, 11:33
Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
29-12-2024, 20:13
İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
27-12-2024, 10:22
Cənab Prezidentin tövsiyəsi Qarabağ və Şərqi Zəngəzurda idmana marağı daha da artıracaq-Könül Nurullayeva
27-12-2024, 08:45
Misir-Azərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradılıb
26-12-2024, 16:58
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində vəfat edənlərin xatirəsi Azərbaycanın bütün məscidlərində anılıb
24-12-2024, 00:51
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı paylaşım - Foto