22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Elektrikli skuterdə olan yeniyetmə 9 yaşlı uşağı yıxıb
Tarix: 12-04-2025 23:30 | Bölmə: Digər

Samarada elektrikli skuter idarə edən 14 yaşlı yeniyetmə səkidə 9 yaşlı uşağı vurub; faktla bağlı araşdırmalara başlanılıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
Müvafiq məlumat hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şəbəkənin monitorinqi zamanı aşkar edilib.
Yerli KİV-in məlumatına görə, hadisə ötən gün Puqaçevskaya küçəsindəki 17 saylı evin yaxınlığında baş verib. Toqquşma nəticəsində uşaq gözündən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib, ambulator müalicə təyin edilib.
İstintaq öncəsi yoxlama təşkil edilib.Hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər