Bütün xəbərlər
Nazir saxta diplomlu direktoru işdən çıxardı
Tarix: 16-01-2020 18:04 | Bölmə: Cəmiyyət

              Nazir saxta diplomlu direktoru işdən çıxardı                        

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.
Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.  
“Qafqazinfo”nun məlumatına görə, məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.


Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər