09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
“Azərbaycan” qəzeti: “Hanı kəndliyə, fermerə edilən güzəştlərin nəticələri?”
Tarix: 12-05-2018 12:25 | Bölmə: Sosial
Rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında kənd təsərrüfatı məhsulları qiymətlərinin baha qiymətə satılmasını tənqid edən məqalə dərc olunub.
“Report” “Nübar... qiymətlər” adlı həmin məqaləni təqdim edir:
Bu iqtisadiyyat ki var, hamımızın dəfələrlə baxdığı məlum filmdə aktyor Səməndər Rzayevin personajının dediyi kimi, həm vacibdir, həm də qəliz. Vacibliyini bilməyən, görməyən, yaşamayan yoxdur. Qəlizliyinə gəldikdə isə, burada məsələ bir qədər başqa cürdür.
Qısa və sadə dildə desək, iqtisadiyyat bazis kimi də, elm kimi də elə bir sahədir ki, burada səhv keçmir (səhv ediləndə qaş düzəldiləsi yerdə göz çıxır), yalan işləmir (hansısa yalan göstəricilər gec, ya tez real rəqəmlərlə təkzib edilir), gizlətmək mümkün olmur (iqtisadi siyasətin səfasını, yaxud cəfasını müxtəlif dərəcədə hamı yaşayır). Elə bu səbəblərə görədir ki, iqtisadiyyatı dövlətin sözü, hökumətin üzü hesab edirlər.
Nə isə, keçək mətləbə. Qızmar yaz günlərini yaşayırıq, hətta o dərəcədə ki, sanki yaydır. Havanın hərarəti 30 dərəcə civarındadır. Belə götürəndə, bu il heç əməlli-başlı qış da olmadı. Yüksək dağlıq ərazilərə yağan qarı nəzərə almasaq, ağ fəslin ləzzətini çıxara bilmədik. Əslində bütün bunlar Cənub ölkəsi üçün istisna kimi qəbul edilməməlidir, yəni normada elə belə də olmalıdır. Anormallıq 5-6 il əvvəlki 15-20 dərəcə şaxtalı qış idi ki, şükür, ondan sonra bir daha ölkəmizin qapısını döyməyib.
Hamının bildiklərini, gördüklərini, yaşadıqlarını xatırlamaqda məqsədimiz var. O da bundan ibarətdir ki, belə iqlim ilk növbədə kənd təsərrüfatı üçün çox əlverişlidir. Hətta qışda toxum səpilmiş sahələrin “yorğan”dan - qardan məhrum olmasının fəsadları baş versə belə, əkin-biçin üçün isti iqlimin üstünlükləri danılmazdır. Əgər bu zaman söhbət ziyanvericilərin əkilmiş və səpilmiş bitkilərə vurduğu, daha doğrusu, vura biləcəyi zərərdən gedirsə, onlara qarşı mübarizədə təbii vasitədən - qardan, şaxtadan savayı, digər qeyri-təbii üsullar da var və bütün Cənub ölkələrində, o cümlədən Azərbaycanda onlardan səmərəli istifadə edilir. Belə olmasaydı, Azərbaycanı deyə bilmərik, digər Cənub ölkələrində, məsələn, qonşu Türkiyə və İranda ildə 2-3 dəfə məhsul götürə bilməzdilər. İldə 2-3 dəfə məhsul isə təkcə bolluq və əlavə ixrac imkanı yox, həm də daxili bazarda ucuzluq deməkdir.
Nəhayət, gəlib çatdıq bayaqdan keçid etmək istədiyimiz qiymət məsələsinə. Bu günlər paytaxtdakı tanınan supermarketlər şəbəkəsinin mağazalarından birindən alış-veriş edirdik. Gözümüz meyvə-tərəvəz şöbəsindəki nübar... qiymətlərə sataşdı - gilas 17-18, adını göyçəyə dəyişmiş alça - 10-12, pomidor 3-5, xiyar 1,5-5 manat və s. Biz hələ mövsümü olmadığı üçün ərik və şaftalının, idxal edilmiş ekzotik meyvələrin qiymətlərinə toxunmuruq və belə meyvələrin imkanlı alıcılar üçün satıldığını anlayışla qəbul edirik.
Amma gilas da, alça da, xiyar-pomidor da özümüzdə yetişir və bir də mövsümüdür axı... Haradan götürülüb, necə hesablanıb, nəyə əsaslanıb və nəhayət, kimin üçün nəzərdə tutulub bu soyğunçu qiymətlər?! Deyirlər, ixrac artıb, ona görə də daxili bazarda bahalıqdır. Kökündən yalandır. Düzdür, ixrac artıb, lakin yerli istehlakın yox, istehsalın hesabına. Əks halda qıtlıq olardı, halbuki böyük bazarlardan və supermarketlərdən tutmuş məhəllə dükanlarınacan doludur alça-gilas və xiyar-pomidorla. Hamısında da qəpik-quruş fərqi ilə eyni qiymətə. O qiymətə ki, onlar orta statistik alıcının maddi imkanı xaricindədir.
Təkcə regionda deyil, bəlkə də dünyada Azərbaycandakı qədər və səviyyədə dövlət tərəfindən aqrar sektora hərtərəfli dəstək verilən ikinci bir ölkə tapmaq çətindir. Hansı ölkədə kənd təsərrüfatı məhsulları istehsalçıları bütün növ vergilərdən azaddırlar?! Harada kəndliyə bir çox məhsullar üzrə əkdiyi hər hektara görə nağd formada subsidiya verilir?! Yaxud, hansı ölkənin fermeri güzəştli qiymətlə toxum, gübrə, cins heyvan, texnika ilə təmin olunur?! Bu cür güzəştlər birdirmi, beşdirmi, hansını deyəsən, hansını sadalayasan?! Hanı bəs bunların nəticələri? Əgər may ayında yaz meyvə-tərəvəzinin qiymətləri bu bahalıqdadırsa, icazə verin belə qənaətə gələk ki, dövlətin böyük səxavətlə kənd təsərrüfatına ayırdığı milyon manatlarla vəsaitdən nə istehsalçı yararlana bilir, nə də istehlakçı! Həmin vəsaitdən xeyir görən varsa, o da istehsalçı və istehlakçının arasına girmiş inhisarçı dəllallardır. Bəlkə də sərt qənaətdir, amma istehlak bazarında artıq neçə vaxtdır davam edən bu əsassız bahalığı başqa heç nə ilə izah etmək, sadəcə, mümkün deyil.
Yazımızın əvvəlində iqtisadi qanunauyğunluqları qeyd etdik. Həmin qanunauyğunluqlardan biri də qiymətlərin tələb-təklif əsasında formalaşmasıdır. Ancaq bu gün heç kim iddia edə bilməz ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz yaz nemətlərimizin nübar qiymətlərinin bu səviyyədə olmasının səbəbi tələbdir. Düzdür, tələb var, yazda kimin nəfsi alça-gilas, xiyar-pomidor istəmir ki... Lakin gəlin görək həmin istəyi qarşılamağa əksəriyyətin imkanı çatırmı? Təbii ki, yox. Evə qonaq gələndən gələnə az qala qramla alınan meyvə və tərəvəz hələ təklifin qarşılanması deyil. Elə isə bu, hansı iqtisadi qanunauyğunluğa əsaslanan təklifdir ki, onu tələb yox, tamam fərqli məlum amillər şərtləndirir?!
Azərbaycan həm də istehlakçıların hüquqlarının qorunması ilə məşğul olan çoxsaylı və çoxmərtəbəli dövlət qurumlarına malik ölkədir. İndiki struktur islahatlarında onların bəziləri birləşdirilir, bəzilərininsə səlahiyyətləri artırılır. Sözümüz bunda deyil. Məsələ ondadır ki, həmin çoxsaylı və çoxmərtəbəli qurumların heç biri indiyəcən ölkənin istehlak bazarında xüsusən qiymət özbaşınalığının qarşısını almaq üçün ciddi tədbirlər görə bilməmişlər. Yalnız ən yüksək səviyyədə bu sahədə onlara irad tutulandan sonra hərəkətə gəlmişlər, o da qaldırılan problem gündəmdən düşənəcən. Sonra yenidən görməli olduqları işlərini atıb öz işlərini davam etdiriblər. Nəticə göz qabağındadır: ölkədə istehlakçıların ən azından qiymət sarıdan nə hüquqları qorunur, nə də inhisarçılığa son qoyulur.
Biz hələ nisbətən yeni yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-ni demirik. Demirik ona görə ki, yəqin, çoxlarının yadından çıxıb belə bir vacib sahəyə cavabdeh olan (daha doğrusu, olmalı olan) qurumun varlığı. Yaradılanda hamı - istehsalçı da, istehlakçı da sevindi ki, nəhayət, kənd təsərrüfatı məhsulları tarladan, fermadan piştaxtaya gəlib çıxanacan əldən-ələ düşüb əsassız bahalaşmayacaq, bu işlə dövlət təşkilatı məşğul olacaq və bununla tədarük sahəsində rəqabət formalaşacaq və o da sonda ucuzluğa gətirib çıxaracaq. Lakin ASC-nin fəaliyyətə başlamasından (əgər belə demək mümkünsə) xeyli keçsə də, gözləntilər gözümüzdə qalıb. İnhisarçılar istehlak bazarında at oynatdıqları üçün qiymətlər də at belindədir. Bu yerdə inhisarçıların gücünə və bacarığına heyrət etməkdən savayı əlacımız qalmır. Əgər hətta dövlət tərəfindən görülən inzibati tədbirlərdən sonra (məsələn, kərə yağının qiyməti ilə bağlı) qiymətlər ucuzlaşmırsa, heyrətlənməyib nə edəsən?!
Amma bütün hallarda ümid yenə dövlətin bu sahədəki siyasətinə və yeni hökumətin əlaqədar mərkəzi icra orqanlarınadır. Məlum olduğu kimi, bu məsələyə birbaşa və ən çox aidiyyəti olan Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq bazasında dövlət agentliyi yaradılıb. Sözsüz ki, bu kadr və struktur islahatlarının səbəbləri var və onların sırasında istehlak bazarındakı əsassız bahalığın olduğuna heç kim şübhə etmir. Şübhə edilməyən həm də yeni kadrların və qurumun qarşısında duran vəzifənin məsuliyyətli və mürəkkəb olmasıdır. Heç kimə bazar iqtisadiyyatı və bundan irəli gələn liberal qiymətlər şəraitində istehlak bazarına müdaxilə etmək asan gəlməsin, xüsusən də həmin müdaxiləni dövlət qurumları etməlidirsə. Bu səbəbdən müdaxilə zamanı elə üsul, elə tədbirlər seçilməlidir ki, onlar inzibati yox, iqtisadi xarakter daşısın, yəni nə bazar iqtisadiyyatının yazılmış və yazılmamış qaydaları, nə də istehsalçı və istehlakçıların hüquqları pozulsun. Bunun isə ilkin çarəsi inhisarçılığa qarşı mübarizəni gücləndirib sağlam rəqabətə meydan verməkdir. Çünki iqtisadiyyatın dəyişməz şərtləri məhz bu cür meydanda səmərə verir - səhv keçmir, yalan işləmir, gizlətmək mümkün olmur.
Baxış sayı: 1 073
Bölməyə aid digər xəbərlər

Dünən, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
18-10-2026, 18:36
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
14-10-2026, 21:31
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
14-10-2026, 20:36
Təqaüdçü lotereyada uddu və ipotekasını ödədi
13-10-2026, 21:34
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
13-10-2026, 20:49
Telefonları doldurduğu deyilən daş aşkar edilib
12-10-2026, 22:28
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
12-10-2026, 21:57
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
12-10-2026, 21:53
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
8-10-2026, 23:18
Murad dünya üçüncüsü oldu
8-10-2026, 19:24
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
8-10-2026, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib