09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
SUMQAYIT GƏLƏCƏYİN ŞƏHƏRİDİR
Tarix: 03-05-2018 10:04 | Bölmə: Sosial
Məlum 11 aprel seçkilərdən sonra yenidən Azərbaycan Resbublikasının Prezidenti seçilən İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlasa da, regionlarin inkişafı dövlət başçısının əsas siyasi hədəflərindən birinə çevrilmişdir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin hərtərəfli inkişafının təmin edilmə sidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yollar çəkilir, körpülər tikilir. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur. Belə ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda da sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, yaşayış evlərinin fasadları üzlənir, dam örtüyü dəyişdirilir, yeni inzibati binalar tikilir, fəhlə şəhəri sayılan Sumqayıt yenidən qaynar həyatına qayıdır.
Sumqayıtın əsas giriş qapısı sayılan Sülh küçəsinin əvvəlki görkəmi Sumqayıt sakinlərinin narazılığına səbəb olurdu. Baxımsız vəziyyətdə olan bu ərazidə işıq sisteminin olmaması, səkilərin dağılması nəticəsində törədilən qəzaların ardı-arası kəsilmirdi. Sumqayıta təzə başçı təyin olunan cənab Zakir Fərəcov ilk işinə Sülh küçəsinin təmiriylə başladı. Bu gün Sumqayıtın əsas giriş hissəsi sayılan Sülh küçəsində abadlıq işləri xüsusilə diqqəti cəlb edir. Bu ərazidə buta şəklində əkilən gül kolları, yeni müasir tipli işıqlandırma sistemi, yolların asfaltlanması, səki daşlarının rənglənməsi bu əraziyə xüsusi gözəllik verir. Yoldan istifadə edən sürücülərlə yanaşı, piyadalar da bu mənzərədən zövq alırlar. Sürücülərin və piyadaların yoldan rahatlıqla istifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Təkcə Sülh küçəsində deyil, eyni zamanda şəhərin hər tərəfində abadlıq işləri göz oxşayandır.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr həyata keçirilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Burada həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdı. Bu ərazidəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır. Sumqayıt bulvarı və dənizkənarı park ərazisinə görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilmişdir, 60 min kvadratmetr sahədə isə çəmənlik salınmışdır.

Şəhərin ən gözəl istirahət parklarının ön sırasında ulu öndərimiz Heydər Əliyevin adını daşıyan park durur. Burada əkilən gül kolları, ağaclar parka xüsusi gözəllik verir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının binasının yerləşdiyi ərazi də hazırda göz oxşayandır. Binanın qarşısanda əkilən gül kolları, dekorativ ağaclar bu əraziyə xüsusi gözəllik bəxş edir. Şəhərin əsas küçələrindən biri sayılan Koroğlu küçəsində də yol boyu ağaclar, yaşıllıqlar salınmış, gül kolları əkilmişdir. Belə ürək açan mənzərəylə 17-ci mikrorayon ərazisində də rastlaşmaq mümkündür. Həyətlərdə qurumuş ağaclar budanmış, Olimpiya mərkəzinin ətrafında isə yeni fidanlar əkilmişdir. Zülfü Hacıyev kücəsi də başdan-başa yaşıllıqlara bürünmüşdür. Şəhərin gözəlliyinə gözəllik qatan bu yaşıllıqlara xüsusi qulluq edilir. Belə ki, Sumqayıtın təmiz və abad şəhərə çevrilməsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərinin də böyük əməyi var. Onlar hər gün sübh tezdən şəhəri təmizliyib, yaşıllıqlara qulluq edir, ağacları budayırlar.
Doqquzuncu mikrorayon ərazisində salınan Lüdviqşafen parkında da geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıl zolaqlar salınaraq oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Parkda müasir oturacaq və işıq dirəkləri qoyulub, dekorativ ağac və gül kolları əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə yeni bir ünvan kimi əlavə olunub. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, təbii ki, hər kəsin yüksək rəğbətinə səbəb olur. Eyni zamanda Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir. Hazırda şanlı-şöhrətli fəhlə şəhərində sumqayitlıları belə sevindirən hallar çoxdur.

Sumqayıtda sosial layihələrin icrası, abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Belə ki, bu gün şəhərin ərazisində 9103 ədəd ağac, 33750 ədəd dekorativ gül və kol əkilmişdir. Eyni zamanda 587 ədəd quru və təhlükə yaradan ağac kəsilmiş, 4495 ədəd ağac isə budanmışdır.
Sumqayıtın yaşıl libası günbəgün yenilənir, ərazisi genişlənir. Şəhəri abadlaşdırmağın ən səmərəli atributlarından biri yaşıllıqlardır. Respublikanın ikinci iri sənaye mərkəzi olan Sumqayıt üçün yaşıllaşdırmanın əhəmiyyəti çox böyükdür. Son yeddi ildə Sumqayıtda 20-yə qədər park salınmışdır. Nəsimi adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının yenidən qurulması buna əyani sübutdur.
Yeri gəlmişkən bir hadisəni də yazmaq istəyirəm. Yadımdadır, şəhərin qururcularından biri olan ilk metallurq qadın Zəminə xanım Aslanovadan qəzetimiz üçün müsahibə alırdım. Yaşadığı evin pəncərəsində Nəsimi adına istirahət parkına baxan Zəminə xanım gülümsəyərək demişdi: “Mən qocaldım, ancaq Sumqayıt həmişə gənc qalacaq. Ən azından onun adı illər keçsə də, “Gənclər şəhəri” kimi xatırlanacaq. Bu şəhər mənim gözlərimin önündə böyüdü, elə biz də onunla birgə böyüdük. Bax, bu parkı görürsənmi, onu biz metallurqlar salmışıq. İndi ora baxanda ürəyim dağa dönür, onunla təsəlli tapıram. İnanıram ki, illərlə biz metallurqların da adı bu parkla yanaşı çəkiləcəkdir”.
Sumqayıtda güllüklərin, ağacların və qazonların salınmasından tutmuş ağaclara xidmətin təşkilinədək yaşıllaşdırma tədbirlərinin əhatəsi genişdir. Buna sübut olaraq 2-ci mikrorayon ərazisində yerləşən Nizami kinoteatrının qarşısını göstərmək olar. Vaxtı ilə bu ərazidə obyektlərdən kinoteatrın binası görünməz olmuşdu. Hazırda teatr binasının qarşısında abadlıq işləri aparılmış, iaşə obyektləri sökülmüz, yerində isə insanların gözünü oxşayan istirahət parkı salınmışdır. Parkın ortasında salınan müasir tipli fantan isə daha ürək aşandır. Belə abadlıq işi 4-cü mikrorayon ərazisində yerləşən Tarix muzeyinin önündə də görülmüşdür. Şəhərin gözə çarpan yerlərində belə abadlıq işlərin görülməsi insanların könlünü oxşayır. Biz inanırıq ki, şəhərimizdə belə göz oxşayan abadlıq işləri bundan sonra daaparılacaqdır.
TAHİRƏ HƏBLİYEVA
Baxış sayı: 1 732
Bölməyə aid digər xəbərlər
Tarix: 03-05-2018 10:04 | Bölmə: Sosial
Məlum 11 aprel seçkilərdən sonra yenidən Azərbaycan Resbublikasının Prezidenti seçilən İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlasa da, regionlarin inkişafı dövlət başçısının əsas siyasi hədəflərindən birinə çevrilmişdir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin hərtərəfli inkişafının təmin edilmə sidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yollar çəkilir, körpülər tikilir. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşaiyət olunur. Belə ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda da sosial layihələr uğurla həyata keçirilir. Yollar təmir edilir, yaşayış evlərinin fasadları üzlənir, dam örtüyü dəyişdirilir, yeni inzibati binalar tikilir, fəhlə şəhəri sayılan Sumqayıt yenidən qaynar həyatına qayıdır. Sumqayıtın əsas giriş qapısı sayılan Sülh küçəsinin əvvəlki görkəmi Sumqayıt sakinlərinin narazılığına səbəb olurdu. Baxımsız vəziyyətdə olan bu ərazidə işıq sisteminin olmaması, səkilərin dağılması nəticəsində törədilən qəzaların ardı-arası kəsilmirdi. Sumqayıta təzə başçı təyin olunan cənab Zakir Fərəcov ilk işinə Sülh küçəsinin təmiriylə başladı. Bu gün Sumqayıtın əsas giriş hissəsi sayılan Sülh küçəsində abadlıq işləri xüsusilə diqqəti cəlb edir. Bu ərazidə buta şəklində əkilən gül kolları, yeni müasir tipli işıqlandırma sistemi, yolların asfaltlanması, səki daşlarının rənglənməsi bu əraziyə xüsusi gözəllik verir. Yoldan istifadə edən sürücülərlə yanaşı, piyadalar da bu mənzərədən zövq alırlar. Sürücülərin və piyadaların yoldan rahatlıqla istifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Təkcə Sülh küçəsində deyil, eyni zamanda şəhərin hər tərəfində abadlıq işləri göz oxşayandır.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr həyata keçirilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Burada həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdı. Bu ərazidəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır. Sumqayıt bulvarı və dənizkənarı park ərazisinə görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilmişdir, 60 min kvadratmetr sahədə isə çəmənlik salınmışdır.

Şəhərin ən gözəl istirahət parklarının ön sırasında ulu öndərimiz Heydər Əliyevin adını daşıyan park durur. Burada əkilən gül kolları, ağaclar parka xüsusi gözəllik verir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının binasının yerləşdiyi ərazi də hazırda göz oxşayandır. Binanın qarşısanda əkilən gül kolları, dekorativ ağaclar bu əraziyə xüsusi gözəllik bəxş edir. Şəhərin əsas küçələrindən biri sayılan Koroğlu küçəsində də yol boyu ağaclar, yaşıllıqlar salınmış, gül kolları əkilmişdir. Belə ürək açan mənzərəylə 17-ci mikrorayon ərazisində də rastlaşmaq mümkündür. Həyətlərdə qurumuş ağaclar budanmış, Olimpiya mərkəzinin ətrafında isə yeni fidanlar əkilmişdir. Zülfü Hacıyev kücəsi də başdan-başa yaşıllıqlara bürünmüşdür. Şəhərin gözəlliyinə gözəllik qatan bu yaşıllıqlara xüsusi qulluq edilir. Belə ki, Sumqayıtın təmiz və abad şəhərə çevrilməsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərinin də böyük əməyi var. Onlar hər gün sübh tezdən şəhəri təmizliyib, yaşıllıqlara qulluq edir, ağacları budayırlar.
Doqquzuncu mikrorayon ərazisində salınan Lüdviqşafen parkında da geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıl zolaqlar salınaraq oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Parkda müasir oturacaq və işıq dirəkləri qoyulub, dekorativ ağac və gül kolları əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə yeni bir ünvan kimi əlavə olunub. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, təbii ki, hər kəsin yüksək rəğbətinə səbəb olur. Eyni zamanda Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir. Hazırda şanlı-şöhrətli fəhlə şəhərində sumqayitlıları belə sevindirən hallar çoxdur.

Sumqayıtda sosial layihələrin icrası, abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Belə ki, bu gün şəhərin ərazisində 9103 ədəd ağac, 33750 ədəd dekorativ gül və kol əkilmişdir. Eyni zamanda 587 ədəd quru və təhlükə yaradan ağac kəsilmiş, 4495 ədəd ağac isə budanmışdır.
Sumqayıtın yaşıl libası günbəgün yenilənir, ərazisi genişlənir. Şəhəri abadlaşdırmağın ən səmərəli atributlarından biri yaşıllıqlardır. Respublikanın ikinci iri sənaye mərkəzi olan Sumqayıt üçün yaşıllaşdırmanın əhəmiyyəti çox böyükdür. Son yeddi ildə Sumqayıtda 20-yə qədər park salınmışdır. Nəsimi adına Mərkəzi Mədəniyyət və İstirahət Parkının yenidən qurulması buna əyani sübutdur.
Yeri gəlmişkən bir hadisəni də yazmaq istəyirəm. Yadımdadır, şəhərin qururcularından biri olan ilk metallurq qadın Zəminə xanım Aslanovadan qəzetimiz üçün müsahibə alırdım. Yaşadığı evin pəncərəsində Nəsimi adına istirahət parkına baxan Zəminə xanım gülümsəyərək demişdi: “Mən qocaldım, ancaq Sumqayıt həmişə gənc qalacaq. Ən azından onun adı illər keçsə də, “Gənclər şəhəri” kimi xatırlanacaq. Bu şəhər mənim gözlərimin önündə böyüdü, elə biz də onunla birgə böyüdük. Bax, bu parkı görürsənmi, onu biz metallurqlar salmışıq. İndi ora baxanda ürəyim dağa dönür, onunla təsəlli tapıram. İnanıram ki, illərlə biz metallurqların da adı bu parkla yanaşı çəkiləcəkdir”.
Sumqayıtda güllüklərin, ağacların və qazonların salınmasından tutmuş ağaclara xidmətin təşkilinədək yaşıllaşdırma tədbirlərinin əhatəsi genişdir. Buna sübut olaraq 2-ci mikrorayon ərazisində yerləşən Nizami kinoteatrının qarşısını göstərmək olar. Vaxtı ilə bu ərazidə obyektlərdən kinoteatrın binası görünməz olmuşdu. Hazırda teatr binasının qarşısında abadlıq işləri aparılmış, iaşə obyektləri sökülmüz, yerində isə insanların gözünü oxşayan istirahət parkı salınmışdır. Parkın ortasında salınan müasir tipli fantan isə daha ürək aşandır. Belə abadlıq işi 4-cü mikrorayon ərazisində yerləşən Tarix muzeyinin önündə də görülmüşdür. Şəhərin gözə çarpan yerlərində belə abadlıq işlərin görülməsi insanların könlünü oxşayır. Biz inanırıq ki, şəhərimizdə belə göz oxşayan abadlıq işləri bundan sonra daaparılacaqdır.
TAHİRƏ HƏBLİYEVA
Baxış sayı: 1 732
Bölməyə aid digər xəbərlər
Dünən, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi
18-10-2026, 18:36
Radiasiya qorxusu səbəbindən mənzillər 300.000 rubla satılır
14-10-2026, 21:31
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
14-10-2026, 20:36
Təqaüdçü lotereyada uddu və ipotekasını ödədi
13-10-2026, 21:34
Rusiya-Çin messenceri "Molniya" istifadəyə verildi
13-10-2026, 20:49
Telefonları doldurduğu deyilən daş aşkar edilib
12-10-2026, 22:28
Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar
12-10-2026, 21:57
Dalğalar ən məşhur çimərliklərindən birini aşındırır
12-10-2026, 21:53
İnsanlara yaxınlaşan 216 ayı öldürülüb
8-10-2026, 23:18
Murad dünya üçüncüsü oldu
8-10-2026, 19:24
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
8-10-2026, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib













