Bütün xəbərlər
İtalyan ekspert Qrittani: "Abxaziyada seçkilər Qərbdəkindən daha demokratik keçdi"
Tarix: 01-03-2025 22:05 | Bölmə: Siyasət

Abxaziyada prezident seçkiləri Qərb ölkələrinə nisbətən daha demokratik keçdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu “Rossiya” telekanalına İtaliyadan olan beynəlxalq müşahidəçi Vito Qrittani deyib.
O, səsvermə prosesinin mümkün qədər şəffaf şəkildə təşkil olunduğunu qeyd edib.
“Əgər biz demokratiyadan danışsaq, deyərdim ki, burada (Abxaziyada) Qərb ölkələrindən daha çox demokratik prinsiplər var”, - Qrittani qeyd edib.
Martın 1-də Abxaziyada növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. Badra Qunba və Adqur Ardzinba respublikanın başçısı postu uğrunda mübarizə aparırlar. Seçki məntəqələri saat 20:00-da bağlanıb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər