Bütün xəbərlər
Ukrayna və ABŞ təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb
Tarix: 13-06-2024 22:48 | Bölmə: Siyasət

Kiyev və Vaşinqton arasında təhlükəsizlik sazişi bağlanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Reuters”in sənədin mətninə istinadına görə, ölkələr arasında əldə olunan razılaşmalar Ukraynanın NATO-ya üzvlüyü üçün “körpü” olmalıdır.
Sənədi Ukrayna prezidenti Vladimir Zelenski və Amerika lideri Co Bayden imzalayıb.
Müqavilə 10 illikdir. Xüsusilə, ABŞ Ukrayna hərbçilərinin hazırlanmasına yardım edəcəyinə söz verib.
2023-cü ilin iyulunda G7 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) Ukraynaya təhlükəsizlik zəmanəti verən bəyannamə imzalayıb. Sənəddə Kiyevin müttəfiqləri sabitliyi təmin etməyə və “istənilən təhlükəni” özündə saxlamağa hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Ukrayna Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, İspaniya, Hollandiya, Finlandiya və Portuqaliya ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sazişlər imzalayıb.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər