Bütün xəbərlər
Kirbi: "Kiyev ABŞ-ı Rusiya Federasiyasına zərbələrə qoyulan məhdudiyyətləri başa düşdüyünə inandırdı"
Tarix: 04-06-2024 09:30 | Bölmə: Siyasət

Ağ Evin sözçüsü Con Kirbi brifinq zamanı deyib ki, Birləşmiş Ştatlar Ukraynadan Kiyevin Rusiya daxilində zərbələrə dair ərazi məhdudiyyətləri ilə bağlı təlimatı “anladığına” dair zəmanət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "mən təsdiq etməyə hazıram ki, onlar onlara verilən göstərişləri başa düşürlər", - RİA Novosti onun sözlərindən sitat gətirir.
O, həmçinin ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığında məhdud radiusda Amerika silahları ilə zərbələr endirməsinə icazə verməsi ilə bağlı Rusiya ilə mümkün diplomatik təmaslar barədə heç nə bilmədiyini açıqlayıb.
Bundan əvvəl Kirbi bildirib ki, ABŞ Ukrayna ilə Rusiya ərazisinə zərbələr coğrafiyasının genişləndirilməsini müzakirə etməyə hazırdır, lakin bu cür məsləhətləşmələrin yeni siyasi qərarlara gətirib çıxaracağını hələ deyə bilməz.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər