Bütün xəbərlər
“Ermənistanın şərtləri dərhal yerinə yetirməsi çox vacibdir” - Ərdoğan
Tarix: 07-08-2022 00:57 | Bölmə: Siyasət

                    “Ermənistanın şərtləri dərhal yerinə yetirməsi çox vacibdir”



Ermənistanın üçtərəfli bəyanatın şərtlərini dərhal yerinə yetirməsi çox vacibdir.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
“İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarına heç bir qanunsuz silahlı ünsürləri olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir”, - Ərdoğan qeyd edib.



Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər