Bütün xəbərlər
Novruz Məmmədovun oğlu təqaüdə göndərildi
Tarix: 25-11-2021 13:37 | Bölmə: Siyasət

                     Novruz Məmmədovun oğlu təqaüdə göndərildi


Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.
Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.
Bir müddət öncə isə İsmayıl Məmmədov 20 illik xidmətinin tamamlanması ilə bağlı ərizə yazaraq təqaüdə göndərilməsini istəyib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı İsmayıl Məmmədov pensiyaya göndərilib.


Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər