Bütün xəbərlər
Ermənilər Gədəbəy, Tovuz, Ağstafanı intensiv atəşə tutdu
Tarix: 16-11-2021 13:13 | Bölmə: Siyasət

                     Ermənilər Gədəbəy, Tovuz, Ağstafanı intensiv atəşə tutdu


Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatları barədə növbəti məlumatı yayıb. 
"Qafqazinfo" xəbər verir ki, məlumatda deyilir:
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Basarkeçər rayonunun Əzizli, Zərkənd, Aşağı Şorca, Dərə, Göysu, Pəmbək, Şəmşəddin rayonunun Çinarlı, Mosesqex, Yuxarı Mehrab, Ayqepar, Qulalı və Çəmbərək rayonunun Cil yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə, Gədəbəy rayonunun Qalakənd , Daryurd, Novoivanovka, Qaravəlilər, Tovuz rayonunun Ağbulaq, Ağdam, Qaralar, Qoşa, Koxanəbi, Hacallı, Əlibəyli, Əsrik Cırdaxan və Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 


Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər