Bütün xəbərlər
Sumqayıtda Anım Günü qeyd olunub-VİDEO*FOTOLAR
Tarix: 28-09-2023 01:15 | Bölmə: Reportaj


Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

                           

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

                            

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

                          
Bu münasibətə Sumqayıtda şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib.Tədbirdə başda icra başçısı Zakir Fərəcov olmaqla şəhərin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, ictimayyət nümayəndələri iştirak ediblər.

                           
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidlərin məzarı ziyarət olunub.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az

                










Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər