17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
10:50 / 01-11-2026
Tehran Britaniya Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terrorçu elan edib
10:46 / 01-11-2026
İran vətəndaşlarının nüvə doktrinasını dəyişdirmək istəyini açıqladı
10:42 / 01-11-2026
Rusiyalı diplomat Danimarkanı Ukrayna Silahlı Qüvvələri üçün istehsal arxası adlandırdı
09:38 / 31-10-2026
Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin qardaşı toy günü onun məzarını ziyarət etdi-VİDEO+FOTOLAR
19:45 / 30-10-2026
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adl ıtədbir keçirilib
19:12 / 30-10-2026
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
20:45 / 29-10-2026
"Bloomberg" və iki firma Trampın nəşrlərinə erkən giriş üçün pul ödəyəcək
20:41 / 29-10-2026
DPA: Almaniyadakı fəallar iki gün ərzində üçüncü bir universitetin girişini bağladılar
20:37 / 29-10-2026
İran Hörmüz boğazı üzərində Amerika pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib
Tarix: 21-07-2023 23:55 | Bölmə: Reportaj

İyulun 21-i Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü ilin birinci yarımilində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Bu barədə Sabaha-inamla.az-a Baş Prokurorluqdan bildiriblər.
Qeyd olunub ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə edilib.
Bundan sonra kollegiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Əməliyyat müşavirəsini açıq elan edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən dövlət başçısının rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edərək, milləti və dövləti qarşısındakı misilsiz xidmətləri ilə bütün liderlərdən seçilən möhtərəm Prezident cənab İlham Əliyevin xalqın sonsuz sevgisini qazandığını xüsusi vurğulayıb. Habelə, əldə olunan uğurlarda, Vətənin çiçəklənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd edib.
Daha sonra, hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev millətimizin və dövlətimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strateqiyasını müasir müstəvidə uğurla reallaşdıran cənab Prezident İlham Əliyevin mükəmməl siyasətindən, bu siyasətin reallaşmasında Birinci xanım Mehriban Əliyevanın dəstəyindən bəhs edərək bildirib ki, ötən dövrlərdə olduğu kimi 2023-cü ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəlib.
Vurğulanıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1%-i, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100%-i açılıb.
Həmçinin, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.
Hər il olduğu kimi, 2023-cü ilin birinci yarımilində də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunmuş, onların qayğı və problemləri ilə maraqlanılmış, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib.
Qeyd olunanlarla bərabər, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub.
Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 16,8%, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 42% azalıb.
Eyni zamanda 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin birinci yarımilində qeydə alınmış:
- Qəsdən adam öldürmə cinayətləri 20 %;
- Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 47,6 %;
- Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 13,7 %;
- Hərbi xidmətdən yayınma cinayətləri 52,5 %;
- Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 56,2 %;
- Qulluğa səhlənkar yanaşma cinayətləri 22,2 %;
- Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 8,3%;
- Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 52,4 %
- Özünü öldürməyə cəhd hadisələri 75 % azalmışdır.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Daha sonra məruzə ətrafında çıxış edən şəxslər hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını bildirdi.
Baş prokuror həmçinin, Hərbi Prokurorluğun kollektivi tərəfindən Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqaməti üzrə fəaliyyətdə səmərəliliyin daim artırılması, bu sahədə aidiyyəti qurumlarla birgə maarifləndirmə, təşviqat-təbliğat tədbirlərinin davam etdirilməsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə isə preventiv tədbirlərin gücləndirilməsinə dair göstərişlər verdi.
Sabaha-inamla.az

Baxış sayı: 607
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR