Bütün xəbərlər
Şəhidlərimizin xatirəsinə həsr olunmuş üzgüçülük yarışı
Tarix: 11-07-2023 18:27 | Bölmə: Reportaj


İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində Vətən müharibəsi şəhidləri Hüseynov Raqib Adil oğlu, Əlizadə Fuad Nazim oğlu, Zeynalov Elnur Elsevər oğlu və Məmmədzadə Pərviz Zahid oğlunun xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Sabaha-inamla.az-a Naxçıvan MR Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid ailələrindən Şəfa Əliyeva təşkilatçılığa görə təşəkkürünü ifadə edib, qəhrəmanlarımızın tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıb. Sonra şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib.
Birincilikdə 2 yaş qrupu üzrə 25 idmançı öz qüvvəsini sınayıb. Onlar üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə yarışıblar. Nəticələrə əsasən 2008-ci il təvəllüdlü idmançılar arasında Anar Həsənov, Məhərrəm Nəsirli, Səməd Rzayev, 2009-2010-cu il təvəllüdlü idmançılar arasında isə Mustafa Əzimov, İbrahim İsmayılzadə və Yusif Mahmudov müvafiq olaraq birinci, ikinci, üçüncü yerlərə layiq görülüblər.

Sabaha-inamla.az














Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər