Bütün xəbərlər
Sumqayıtda Olimpiya çempionu ilə görüş keçirilib
Tarix: 29-09-2022 12:57 | Bölmə: Reportaj

      Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 28 sentyabr 2022-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə layihəsi olan “Azərbaycanın Olimpiya Odisseyası” adlı tədbir keçirilib. Tədbirin qonağı stend atıcılığı üzrə Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahətdinova olub.
      Görüşün keçirilməsində əsas məqsəd Milli Olimpiya Komitəsinin 30 illik yubileyinin qeyd edilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin cəmiyyətə sağlam inteqrasiyası, olimpiya prinsiplərinin təbliğ edilməsi olmuşdur. Görüşdə müxtəlif sahələr təmsil olunmaqla ümumilikdə 300-yə yaxın Sumqayıtlı gənclər iştirak etmişdir.
      Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov ilk öncə qonaqları salamlayıb, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini, müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınmasını qeyd edib.

     Çıxış edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Səkinə Vəliyeva da təbirin mahiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
     Tədbir iştirakçılarına Zemfira Meftahətdinovanın idman fəaliyyətindən bəhs edənQızıl Sidney” adlı filmi nümayiş etdirilib.
     Sonra Olimpiya çempionu Zemfira Meftahətdinova öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Sumqayıt şəhərində ona göstərilən diqqət və qayğıya görə hər bir kəsə öz təşəkkürünü bildirmiş onları maraqlandıran sualları cavablandırmışdır.
     Sonda görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Sabaha-inamla,az















Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər