Bütün xəbərlər
Deputatlar Atatürk Universitetində- Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbirdə
Tarix: 13-03-2022 23:45 | Bölmə: Reportaj

     Milli Məclisin deputatları Ramin Məmmədov, Cəbi Quliyev və Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli ilə birgə “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.
    Tədbirdə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Nuru Quliyev, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen və Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak edirdi.
   Tədbirdə çıxış edənlər Şuşanın Qarabağın taleyində həlledici və əhəmiyyətli rol oynadığını, şəhərin yaranması ildönümünün də xüsusi qaydada qeyd edilməsinin bu istiqamətdə aparılan siyasətə mühüm töhfə olduğunu diqqətə çatdırdılar.
    Daha sonra tədbir Atatürk Universitetinin tələbələrinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivinin və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ədəbi-bədii hissə ilə davam etdi.

Sabaha-inamla.az


















Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər