Bütün xəbərlər
Sumqayıtda şəhid Elçin Hüseynovun doğum günü qeyd olunub
Tarix: 07-09-2021 16:28 | Bölmə: Reportaj



   6 sentyabr şəhid Elçin Hüseynovun doğum günüdür.Bu münasibətlə şəhidin məzarı ictimayyət nümayəndələri, şəhid ailələri, jurnalistlər, Müdafiə Nazirliyin nümayəndəsi və icra hakimiyyətinin nümayəndəsi tərəfindən ziyarət olunub.
  Tədbirdə şəhidin oxuduğu məktəbin müəllimi onun haqqında danışıb, şagirdlər isə şeir söyləyiblər.

Şəhidin yaşadığı binanın həyətində onun şərəfinə ehsan da verilib.
                     
  44 günlük Vətən Müharibəsi vaxtı xüsusi şücaəti ilə seçilən qəhrəmanlarımızdan bir də şəhid Elçin Zamin oğlu Hüseynovdur.
Elçin Hüseynov 6 sentyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Elçin hələ kiçik yaşlarında ikən ailəsi ilə birgə Bakıdan Sumqayıta köçüb. Elçin Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi fakültəsini bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra öz ixtisası üzrə deyil, məhz hərbçi kimi ( MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.

   Vətən Müharibəsində Suqovusan uğrunda gedən döyüşlərdə yaralansa da döyüşə davam edir. Sonradan snayperlə vurularaq şəhidlik zirvəsinə yüksəlir.
   Prezidentin sərəncamı ilə Ölümündən sonra 3 medal ilə təltif olunub.
Allah Rəhmət etsin!

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az













Baxış sayı: 730


Bölməyə aid digər xəbərlər