Bütün xəbərlər
Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir
Tarix: 27-07-2021 19:56 | Bölmə: Reportaj

Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir


Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Qafqazinfo"ya verilən məlumata görə, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.


Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər