Bütün xəbərlər
YAP-da Veteranlar Şurası yaradıldı - Sədr Arif Rəhimzadə oldu
Tarix: 05-03-2021 19:48 | Bölmə: Reportaj

                    YAP-da Veteranlar Şurası yaradıldı


Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Veteranlar Şurası yaradılıb. 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Veteranlar Şurasında cəmlənib. 
Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb. 
Qurumun Siyasi Şurası buraxılıb və yeni Nəzarət Təftiş Komissiyası yaradılıb. Komissiyanın tərkibi 13 nəfərdən ibarət olacaq.


Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər