19:51 / 21-09-2026
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs olub
Tarix: 09-02-2021 19:24 | Bölmə: Reportaj

AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünə həsr olunan dərsdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli əvvəlcə Azərbaycanın dövlətçilik tarixinə qısa nəzər salıb.Bildirib ki, dövlətçilik tariximizdə mühüm xidmətləri olmuş Naxçıvan Azərbaycan ərazisində yaranmış bir sıra böyük və kiçik dövlət qurumlarının mərkəzi, hətta Naxçıvanşahlıq, Azərbaycan Atabəyləri dövləti, Naxçıvan xanlığı və Araz-Türk Cümhuriyyətinin paytaxtı olmuşdur. Bu dövlətçilik ənənələrinin davamı olaraq 9 fevral 1924-cü ildə yaradılmış Naxçıvan Muxtar Respublikasının da Azərbaycan dövlətçilik tarixində mühüm yeri vardır.
Naxçıvanın muxtariyyət statusunun çox mürəkkəb bir şəraitdə, xalqın görkəmli şəxsiyyətlərinin, xüsusilə Naxçıvan əhalisinin inadlı müqaviməti nəticəsində əldə olunduğunu diqqətə çatdıran H.Səfərli muxtariyyətin qazanılması ərəfəsində mövcud olan ağır ictimai və siyasi vəziyyət haqqında şagirdlərə məlumat verib. Alim mənfur ermənilər tərəfindən Bakıda, Naxçıvanda və ölkənin digər bölgələrində törədilən dəhşətli qırğınları xatırladaraq Azərbaycanın əzəli və əbədi torpaqlarına qarşı irəli sürülən ərazi iddialarından bəhs edib.
Dərsdə Naxçıvanın əlverişli coğrafi mövqeyini və strateji əhəmiyyətini məktəblilərin diqqətinə çatdıran professor Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvana göstərilən yardımlar, Araz-Türk Respublikasının yaradılması kimi önəmli mövzulara da toxunub. Qeyd olunub ki, muxtariyyət məsələsi tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı salınmasından sonra zərurətə çevrilmişdir. İnteraktiv dərs zamanı erməni millətçiləri və onların havadarlarının daim bu statusun ləğvinə çalışmaları ilə bağlı bəzi faktlara diqqət çəkən alim muxtariyyət statusunun əhəmiyyətini şagirdlərə izah edib.
Məktəblilərə muxtariyyət statusunun verilməsində, qorunub saxlanılmasında müstəsna əhəmiyyəti olan Moskva və Qars müqavilələrinin rolundan danışan alimgörkəmli dövlət xadimi Behbud ağa Şahtaxtinskinin Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında əsl həqiqətlərin sovet rəhbərliyinə çatdırılmasında və muxtariyyətin əldə olunmasındakı xidmətlərindən danışıb.
H.Səfərli dərs zamanı muxtar respublikanın keçdiyi 97 illik inkişafa nəzər salaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, onun prinsipiallığı və uzaqgörənliyi sayəsində Naxçıvan ağır siyasi vəziyyətdən xilas olaraq inkişafa qədəm qoydu. Bu siyasətin layiqli davamçısı cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsindən sonra Naxçıvan öz inkişafının ən yüksək mərhələsinə daxil oldu. Qısa müddət ərzindəmuxtar respublikada sənaye, iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, eləcə də inkişafın digər sahələrində müşahidə olunan yüksəlişməhz yorulmaz fəaliyyətin, yeridilənuzaqgörən siyasətin nəticəsidir.Son 25 ildə Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa nail olmuş, həyatın bütün sahələrində çox böyük dəyişikliklər baş vermişdir. Sosial müdafiə sahəsində aparılan islahatlar, həyata keçirilən bütün tədbirlər Naxçıvan əhalisinin rifah halının yaxşılaşdırılmasına, yaşam səviyyəsinin yüksəldilməsinə xidmət edir.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ümummilli lider Heydər Əliyev siyasi kursuna və siyasətinə sədaqəti, bu siyasətin Naxçıvanda uğurlu tətbiqi sayəsində inkişafın “Naxçıvan modeli” formalaşmışdır”,- deyən professor vurğulayıb ki, muxtar respublikada sürətli inkişaf təmin edilmiş,Naxçıvan bu illər ərzində ölkəmizin ən qabaqcıl və inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.
Sabaha-inamla.az

Baxış sayı: 626
Bölməyə aid digər xəbərlər

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR