Ermənilərin vurduğu maşından sağ çıxdı, təkbaşına düşmənin üzərinə getdi
Tarix: 09-02-2021 17:00 | Bölmə: Reportaj

   Ermənilərin vurduğu maşından sağ çıxdı, təkbaşına düşmənin üzərinə getdi



O, ermənilərin vurduğu zirehli maşından düşərək düşmənin üzərinə gedib və silahla onları məhv edib.
Söhbət Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Seymur Bəylərovdan gedir.
"Report"un Qərb mərkəzinin əməkdaşları Samux rayon, Qarayeri qəsəbə sakini, 1996-cı il təvəllüdlü, tankçı, şəhid S.Bəylərovun ailəsinin yaşadığı evə baş çəkib və yaxınları ilə həmsöhbət olub.
S.Bəylərov Vətən müharibəsi zamanı Suqovuşan kənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artilleriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq, Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid olan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silahlarını da götürərək düşmənin üzərinə təkbaşına gedib. Bir neçə erməni terrorçusunu məhv edib və sonda snayper gülləsinə tuş gəlib. Aldığı güllə yarasında qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
             


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər