Bütün xəbərlər
QHT mili və əxlaqi dəyərlərin təbliği ilə bağlı layihənin icrasına başlayıb
Tarix: 09-10-2023 21:56 | Bölmə: Mədəniyyət


Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dətəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mili və əxlaqi dəyərlərin təbliğində ailə institutunun rolu” adlı qrant layihəsinin icrasına başlayır. İlk tədbir 12.10.2023-cü il tarixində Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində  həyata keçiriləcəkdir. Layihəin başlıca məqsədi gənc nəsilə mili və əxlaqi dəyərlərimizi, milli adət-ənənələrimizi və ailə dəyərlərimizi təbliğ etməkdən ibarətdir. Layihə çərçivəsində hazırlanan “Qloballaşan dünyada milli və əxlaqi dəyərlərimiz” kitabı və “Müstəqilliyə gedən yolda tənəzzülə uğrayan ailə dəyərlərimiz” adlı buklet və digər paylama məhsulları layihə iştirakçılarına təqdim ediləcəkdir. Layihə dörd fərqli tədbirdən ibarət olacaq və hər tədbirdə   yüz nəfər iştirakçıya mühazirə veriləcəkdir. Tədbirdə milli v əxlaqi dəyərlərimizin nüvəsi sayılan ailə dəyərlərimiz haqqında və son illərdə sürətlə artan boşanmaların səbəbi və çıxış yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriləcəkdir.  


Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya