Bütün xəbərlər
BU SƏSƏ DÖZƏ BİLMİRƏM-İbrahim Yusifoğlu
Tarix: 11-09-2023 22:10 | Bölmə: Mədəniyyət
(Sevimli müğənni Almaxanım Əhmədliyə)

Bu səs hardan gəlir belə,
Boylanıb görə bilmirəm,
Sehirləyib məni elə,
Bu səsə dözə bilmirəm.

Yerlə göyü qovuşdurub,
Çən-dumanı sovuşdurub,
Ürəkləri yovuşdurub,
Yaş gəlir gözə, bilmirəm.
Bu səsə dözə bilmirəm.

Yox bu səsin bənzər, tayı,
Ovsunlayıb Ulduz, Ayı,
Göydən gələn Tanrı payı,
Əl açıb üzə bilmirəm.
Bu səsə dözə bilmirəm.

Oxuyanda “Şur” muğamı,
Duyğuların yanır şamı,
Bu səsə üz tutur hamı,
Toxunsam közə, bilmirəm.
Bu səsə dözə bilmirəm.

Çox ellərə yayılıbdı,
Quşlar susub, bayılıbdı,
Ən gözəl səs sayılıbdı,
Nə qatır sözə, bilmirəm.
Bu səsə dözə bilmirəm.

Damarımda coşur qanım,
Zövq oxşayır dörd bir yanım,
Oxuyanda Almaxanım,
Heyrəti çözə bilmirəm,
Bu səsə dözə bilmirəm.
26.08.2023

İbrahim Yusifoğlu





Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər