Bütün xəbərlər
TikTok Qırğızıstanda bloklanacaq
Tarix: 30-08-2023 14:11 | Bölmə: Mədəniyyət


Qırğızıstanın Mədəniyyət Nazirliyi TikTok sosial şəbəkəsinin respublika ərazisində bloklandığını elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarənin mətbuat xidmətindən bildirilib ki, bu qərar saytın uşaqların psixikasına xələl gətirə biləcək materiallara girişi məhdudlaşdırmaması, məzmunun yaş kateqoriyasına nəzarət etməməsi ilə əlaqədardır.
“Çoxsaylı müraciətləri nəzərə alaraq və aparılan monitorinqlər əsasında Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Qırğızıstan ərazisində TikTok xidmətinin yayılması üzrə fəaliyyəti dayandırmaq qərarına gəlib”, - TASS sitat gətirir.
Bloklama qərarı qanun çərçivəsində sonrakı icrası üçün artıq Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinə göndərilib.
TikTok uşaqları təhlükəli zarafatlara və çağırışlara həvəsləndirdiyinə görə keçmişdə dəfələrlə tənqid olunub ki, onların təkrarlanması xəsarət və hətta ölümlə nəticələnə bilər.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər