Bütün xəbərlər
QHT Tovuzda ” İstedadlı gənclərin sorağında” adlı tədbir keçirdi-FOTO
Tarix: 28-08-2023 12:31 | Bölmə: Mədəniyyət


24-25 avqust 2023- cü il tarixində Tovuzda bir qrup istedadlar öz bacarıqlarını təqdim etdilər.
QHT -lərə  Dövlət Dəstəyi Agentliyinin Maliyyə yardımı ilə “İstedadları tanıyaq və tanıdaq” İB-nin “Regionlarda istedadlı gənclərin inkişafı istiqamətində tədbirlərin keçirilməsi” adlı layihəsi ilk olaraq Tovuzda reallaşdırıldı.
Tovuz rayon Tarix -Diyarşünaslıq muzeyində keçirilən “İstedadlı gənclərin sorağında” adlı tədbirdə Qazax -Tovuz Regional Mədəniyyət İdarəsinin, Tovuz rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon sakinləri iştirak etdilər. Qazax, Ağstafa, Tovuz rayonlarından 7 yaşdan 77 yaşadək İstedadların müxtəlif nominasiyalar üzrə əl işləri , rəsmlərdən ibarət sərgiləri təqdim olundu və aşıq sənəti, nəfəs alətləri, bədii qiraət, musiqi ifaçılığı üzrə çıxışlar dinlənildi. Təşkilat sədri Vüsalə Sadıqova çıxış edərək dövlətin istedadlı uşaq və gənclərə diqqət və qayğısını vurğuladı və bütün iştirakçılara uğurlar arzuladı. Birlik sədri qeyd etdi ki, tədbirdə çıxış edən iştirakçılar arasında fərqlənənlər Bakı şəhərində diplom və sertifikatla mükafatlandırılacaqlar.
Sonda təşkilat rəhbəri səmimi münasibətə və tədbirin təşkilində dəstəyə görə Tovuz icra hakimiyyəti və Qazax -Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndələrinə təşəkkür edib. Tədbirin sonunda Xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, layihənin məqsədi, istedadlı və bacarıqlı şəxsləri üzə çıxarmaq üçün tədbirlər keçirmək və sərgilər təşkil etmək, həmçinin şəhər və rayonda yaşayan istedadlar arasında təməli möhkəm olan və davamlılığı qorumağı bacaran dostuq körpüsü yarada bilmək, vətənpərvər ruhda inkişaflarına dəstək olmaq, pis vərdişlərdən uzaqlaşdıraraq asudə vaxtlarını səmərəli təşkil etmək, ictimai fəallıqlarını artırılmasına dəstək olmaqdır.
Bununla yanaşı, tədbir iştirakçılarının davamlı olaraq Azərbaycanın tanınmış simaları ilə görüşləri də təşkil olunacaqdır.



          
                   


Baxış sayı: 223


Bölməyə aid digər xəbərlər