Bütün xəbərlər
Madonna məşqlərə qayıtdı
Tarix: 15-08-2023 23:59 | Bölmə: Mədəniyyət

Müğənni Madonna bakterial infeksiyadan sağalaraq, qastrol səfərinə hazırlaşmağa başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilən 64 yaşlı pop ulduz yenidən səhnəyə qayıdır. "The Sun" insayderə istinadən xəbər verir ki, müğənni Celebration turu öncəsi məşqlərini bərpa edib.
Mənbə aydınlaşdırdı ki, sənətçinin sağalması hələ də davam edir, lakin o, “məşqlərə qayıtmaq fürsətindən sözün əsl mənasında yararlanıb”. Turun oktyabrın 14-də Londonda başlayacağı artıq məlumdur.
"O, məşqlərin son həftəsi üçün Nyu-Yorkda Kolizey və Londonda əlavə bir yer icarəyə götürdü" insayder deyib.
Xatırladaq ki, turun əvvəlcə iyulun 15-də Vankuverdə başlaması nəzərdə tutulmuşdu. Sənətçi Şimali Amerikanın 35 şəhərində çıxış etməli idi, bundan sonra oktyabrın 14-də Avropada konserti nəzərdə tutulmuşdu. Tur dekabrda başa çatmalı idi. Lakin biletlərə tələbat çox olduğundan əlavə konsertlər təşkil edilməli olub.
Bundan əvvəl Madonna təcili xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə olaraq pərəstişkarları ilə əlaqə saxlayıb və özünü yaxşı hiss etdiyini bildirib.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər