22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Britni Spirsin keçmiş əri həbs edilib
Tarix: 03-08-2023 15:32 | Bölmə: Mədəniyyət


Pop müğənnisi Britni Spirsin keçmiş əri Ceyson Aleksandr Tennessi ştatında həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanmaya səbəb təqib olub. Bu barədə TMZ məlumat yayıb.
Hazırda Ceyson Aleksandrın məhkəməyə nə vaxt çıxacağı barədə məlumat yoxdur. Müğənninin keçmiş həyat yoldaşının qanunla bağlı problemi ilk dəfə deyil.
Belə ki, keçən il o, Spirsin evinə soxularaq onun fitnes məşqçisi Sem Əsgəri ilə dəbdəbəli toyunu az qala dağıdıb. Media Ceysonun yanında bıçaq olduğunu yazıb. Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sonra Aleksandra bir neçə maddə ilə ittiham irəli sürülüb və nəticədə o, 128 sutka həbs cəzasına məhkum edilib. Həmçinin Los-Anceles məhkəməsi ona növbəti üç il ərzində müğənniyə yaxınlaşmağı qadağan edib.
Jason Alexander Britney Spirsin uşaqlıq dostu idi. 3 yanvar 2004-cü ildə Las-Veqasda evləndilər. Cəmi 55 saat sonra nikah ləğv edildi.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya