22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Aktrisa Yekaterina Kopanova onlayn fırıldaqçıların qurbanı olub
Tarix: 02-08-2023 23:19 | Bölmə: Mədəniyyət


Aktrisa Yekaterina Kopanovanın Telegram-dakı səhifəsi fırıldaqçılar tərəfindən sındırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qənaətə internetdə məşhurun şübhəli mesajlarını aşkar edən media nümayəndələri gəliblər.
Aktrisa Yekaterina Kopanova Telegram səhifəsində çəkilişlər və şəxsi həyatından danışıb. Lakin gözlənilmədən onun adından oxunan kitablar və göbələk kolleksiyası qeydləri arasında kriptovalyutaya investisiya çağırışı ilə eyni tipli mesajlar görünməyə başladı.
Bəzi məlumatlara görə, polis artıq məşhurun şəxsi səhifəsinin sındırılması ilə bağlı araşdırma aparır.
Yekaterina Kopanovanın filmoqrafiyasına onlarla məşhur film daxildir. “Baxıram” platformasında onun iştirakı ilə “Sən mənə yaraşırsan”, “Sevgiyə görə üzr istəyirəm”, “Bütün qapıların açarı” və digər melodramlar təqdim olunur.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya