22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Vyanada Rammstein konsertinə etiraz
Tarix: 26-07-2023 23:11 | Bölmə: Mədəniyyət


İyulun 26-da, lideri Till Lindemann olan məşhur “Rammstein” qrupunun konserti günü qrupun solisti ilə bağlı qalmaqala görə Vyanada etiraz yürüşü keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rammstein konsertini pozmaq üçün Vyanada Ernst Happel futbol stadionu yaxınlığında bir neçə yüz nəfər etiraz aksiyası keçirib. Mitinq qrupun solisti Till Lindemannın musiqili rok qrupunun pərəstişkarlarına qarşı seksual xarakterli zorakılığı ilə bağlı bir neçə nəşrin mətbuatda görünməsindən sonra başlanmış cinayət işinə cavab olaraq keçirilib.
Bundan əvvəl Avstriyadan olan bir fanat Till Lindemanna qarşı cinsi təcavüz ittihamı irəli sürmüşdü.
İyun ayında Till oxşar ittihamlarla cinayət işində müttəhim oldu. Bundan sonra radikal sol qrupların fəalları qrupun baş ofisinə hücum ediblər. Lindemann özü hələ cinsi qısnama iddialarına cavab verməyib.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya