Bütün xəbərlər
“Qanqster Peterburq” serialının ulduzu Viktor Melixov vəfat edib
Tarix: 19-07-2023 21:51 | Bölmə: Mədəniyyət


“Qanqster Peterburq”, “Sınıq işıqların küçələri”, “Milli təhlükəsizlik agenti” kimi tamaşaçıların sevimli seriallarında rol alan aktyor Viktor Melixov dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, teatr və kino aktyorunun 61 yaşı var idi.
Sənətçinin ölümü ilə bağlı kədərli xəbəri şəxsi bloqunda onun həmkarı Mark Qoronok yazıb. Hazırda sənətçinin ölümünün dəqiq səbəbi barədə məlumat verilmir.
"Mənim dostum öldü... Gözəl insan və böyük hərflə yazılmış aktyor Viktor Melixov", - Qoronok yazıb.
Melixov əmək fəaliyyətinə 1987-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirdiyi vaxt başlayıb. O, "Qanqster Peterburq", "Sınıq işıqların küçələri", "Milli təhlükəsizlik agenti", "Tampuk əfsanəsi", "Professional" seriallarında oynadığı rollarla tanınıb. Aktyorun iştirakı ilə çəkilmiş serialları “Bax” media platformasında izləmək mümkündür.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər
7-04-2025, 15:17 Yeni rəis o oldu - Foto
25-02-2025, 19:36 Xalq artisti vəfat edib