Bütün xəbərlər
Hollivud aktyorları da tətiliə qoşulub
Tarix: 14-07-2023 16:59 | Bölmə: Mədəniyyət


İş şəraitinin yaxşılaşdırılması üçün Kino Film və Televiziya Prodüserləri Alyansı (AMPTP) ilə danışıqlar apara bilməyən ABŞ Ekran Aktyorları Gildiyası, ssenaristlərin ardınca 43 ildən sonra ilk tətil elan etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu Hollivud tarixində ən böyük tətil ola bilər.
Amerika Kino Filmi, Radio və Televiziya İşçiləri Həmkarlar İttifaqının (SAG-AFTRA) prodüserlərlə keçmiş müqaviləsi iyunun 12-də başa çatdı. Aktyorlar maaşları artırmaq, iş şəraitini yaxşılaşdırmaq və film istehsalında süni intellektdən istifadəni məhdudlaşdırmaq üçün böyük studiyalar və yayım şirkətləri ilə danışıqlar aparmağa çalışırlar. Lakin yeni razılaşmalar əldə olunmayıb.
"Bununla əlaqədar olaraq, birliyin komitəsi belə qənaətə gəldi ki, SAG-AFTRA üzvləri ədalətli müqavilə əldə olunana qədər fəaliyyətlərini dayandırmalıdırlar. Tətil son çarədir", - İttifaqın danışıqlar komitəsinin rəhbəri Duncan Crabtree Ireland deyib.
Etiraz aksiyası cümə günü, iyulun 14-də yerli vaxtla saat 00:01-də (Moskva vaxtı ilə 10:01) başlayıb. Burada maraqlarını SAG-AFTRA-nın təmsil etdiyi 160 minə yaxın kino və televiziya aktyoru iştirak edir.
Tətil zamanı həmkarlar ittifaqı üzvlərinə filmlərə və seriallara çəkilmək, öz işlərini təbliğ etmək, mərasimlərdə iştirak etmək, hər hansı reklam kampaniyasında iştirak etmək qadağandır.


Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya