Bütün xəbərlər
Rejissor Aleksandr Mitta xəstəxanadan buraxılıb
Tarix: 12-07-2023 21:39 | Bölmə: Mədəniyyət


Rusiyanın 90 yaşlı xalq artisti Aleksandr Mitta yaxşı vəziyyətdə xəstəxanadan buraxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu faktı RİA Novosti-yə müsahibəsində rejissorun oğlu Yevgeni Mitta da təsdiqləyib.
"O, evdədir, özünü yaxşı hiss edir. Hər şey qaydasındadır", - Aleksandr Naumoviçin oğlu bildirib.
Müalicə zamanı Mittaya damcıların verildiyi məlumdur. Evə buraxılarkən onun vəziyyəti normal qiymətləndirilir.
Xatırladaq ki, iyulun 3-də rejissor və ssenarist Aleksandr Mitta insult şübhəsi ilə Botkin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Daha sonra kinooperator nevroloji şöbəyə köçürülüb. Tezliklə Yevgeni Mitta atasının bu günlərin birində evə buraxılacağını söyləmişdi.
Aleksandr Mitta "Çar Pyotrla necə evləndiyi haqqında nağıl", "Ekipaj", "Yan, yan, ulduzum", "Sərhəd. Tayqa romantikası" və s. kimi kult filmlərinin rejissorudur.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya