Bütün xəbərlər
Menni Koto 63 yaşında vəfat edib
Tarix: 11-07-2023 19:28 | Bölmə: Mədəniyyət
'Dexter' və 'American Horror Story' yazıçısı vəfat edib
Manny Koto


AP


Hollivud rejissoru, ssenaristi və prodüseri Menni Koto 63 yaşında vəfat edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kədərli xəbəri iyulun 10-da "The Hollywood Reporter" yayıb.
Kinematoqrafın ölümünü onun ailəsinin nümayəndəsi təsdiqləyib. Sənətçi bir illik mədəaltı vəzi xərçəngi ilə mübarizə apardıqdan sonra Kaliforniyanın Pasadena şəhərindəki evində dünyasını dəyişib.
Koto, American Horror Stories (2011-2022), Dexter (2006-2013) və The Exorcist (2016-2018) kimi məşhur layihələrin müəllifi və prodüseri olub.
2006-cı ildə 24 saat (2001-2014) teleserialının yaradılmasında iştirakına görə "Emmi" mükafatı alıb. O, rejissor kimi 10 film çəkib, o cümlədən “Kriptdən gələn nağıllar”, “Mümkün olandan kənar”, “Qəribə dünya” və digər layihələrdən qısa hekayələr.


Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər
23-03-2024, 13:08 Emindən ilk - Reaksiya